Spermanın keyfiyyət və canlılığını artıran qidalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 3 736
Səs ver:
(səs: 0)
Balqabaq və günəbaxan

Sink, selen, Larginin kimi maddələr baxımından olduqca zəngin olan bu yeməklər sperma hərəkətlərini artırıcı xüsusiyyətləri ilə diqqət çəkir. Selen, sink kimi mineralların iştirak etdiyi qidalar arasında süd, badam, qoz kimi məhsullar da yer alır.

Fındıq və fıstıq

Kişilərdə spermanın genetik quruluşu üzərində təsirli olan fol turşusu; Fındıq, fıstıq, mərci və badam kimi qidalarda bol miqdarda var.

Banan

Nadir olaraq görülən bir fermenti tərkibində saxlayan banan, gündə 2 dənə istehlak edildikdə, seks hormon tənzimləyici təsirə malik. Banan tərkibində həmçinin sperma istehsalını dəstəkləyən A, B1 və C vitaminləri bol miqdarda var.

Quşqonmaz

Tərkibində bol miqdarda C vitamini ehtiva edən quşkonmaz, sperma oksitlenməsini əngəlləyən və testislərdəki hüceyrələri qoruyan bir xüsusiyyətə sahibdir.

Qırmızı ət

Tərkibində bol miqdarda sink olan qırmızı ət, bu xüsusiyyəti sayəsində sperma möhkəmliyini artırır.

Sarımsaq

Tərkibində yer alan "allicin" adlı maddə cinsi orqanlara gedən qan axınını sürətləndirilməsinin yanaşı, sperma canlılığını da artırır.

Pomidor və kartof

E vitamini hüceyrələrin oksidatif stressini azaldaraq, sağlam bir şəkildə çoxalmasına təsir etməsinin yanaşı yumurta içinə girməsini də daha asan bir hala gətirir. E vitamini pomidor, kartof, fındıq və balıq yağında da olur.

Qoz

Qoz tərkibində yer alan arganin adlı maddə, sperma istehsalını dəstəkləməsinin yanaşı, toxum həcmini də artırır. Omega-3 baxımından zəngin olan qoz cinsi orqanlara daxil olan qan axınını sürətləndirir.

Avakado

E, B6 və amin turşuları baxımından zəngin olan amerikan armudu, sperma yumurta ilə qarşılıqlı təsirini gücləndirir.

Jenşen

Libidonu artıran və cinsi orqanlara qan axını sürətləndirən jenşen, sərtləşmə problemi olan kişilər üzərində də müalicə edici bir təsirə sahib.

Narıncı meyvələr

Tərkibində bol miqdarda olan C vitamini, oksidatif stressi azaltmasının yanaşı hüceyrələrin genetik materiallarını inkişaf etdirməsi diqqəti çəkir.

Bitter şokolad

Sperma miqdarını 2 dəfə çıxardığı məlum olan amin turşuları baxımından zəngin olan bitter şokolad, hər gün müəyyən miqdarda istehlak edilməsi halında orqazmı daha güclü bir hala gətirir.

İstridyə

Afrodizyak təsiri olduğu məlum olan istridyə, bol miqdarda sink saxlaması səbəbindən sperma sayını artırıcı təsirə malik. Sperma sayını artırmağın yanaşı, sperma zədələrini bərpa etdiyi məlum olan istridyəni nizamlı olaraq istehlak etməlisiniz.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 736
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri