Kişilərdə sidiyə çıxma problemi nədən yaranır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 267
Səs ver:
(səs: 0)
"Böyrək daşları Azərbaycanda, həmçinin Türkiyədə çox rast gəlinən problemdir. Bizim əhalinin bəlkə də 10 faizində rast gəlinir".

Bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin əməkdaşı, uzman uroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, uroloji problemlər hər yaş həddini əhatə edir. Prostat xəstəliklərinə isə 40 yaşdan sonra daha çox rast gəlinir.

Bu problemlərin müalicəsi, əməliyyat metodları barədə danışan uroloq deyib ki, texnologiya inkişaf etdikcə, cərrahiyyə əməliyyatlarının həm keyfiyyəti artır, həm də xəstəyə ən az zərərlə əməliyyat icra etmək təmin olunur: "Bu, əməliyyatlarda istifadə olunan optik linzaların inkişaf etməsinə və ya əməliyyatda istifadə etdiyimiz alətlərin ölçülərinin daha da kiçilməsi ilə bağlıdır. Biz bunlar sayəsində daha kiçik kəsiklərlə və ya kəsiksiz əməliyyatları icra edə bilirik. Məsələn, illər əvvəl sidik axarı daşlarını, böyrək daşlarını böyük kəsiklərlə icra edirdiksə, indi onları heç bir kəsik olmadan icra edirik. Və ya, prostat əməliyyatı əvvəl böyük kəsiklərlə icra edilirdi. İndi isə Tur prostat əməliyyatında olduğu kimi heç bir kəsik olmadan icra olunur. Eləcə də, böyrək şişinin çıxarılması 20 sm yaxın kəsiklərlə icra olunurdu, indi isə cəmi 3 ədəd 1 sm-lik kəsiklərlə icra oluna bilir. Klinikamızda da bunlar icra olunur. Amma təbiidir ki, bu metod hər xəstəyə şamil olunmur. Xəstəyə və xəstəliyə uyğun invaziv yol seçilir. Yəni, bəzi hallarda hələ də açıq cərrahiyyədən istifadə olunur".

Həkim bildirib ki, Tur prostat əməliyyatı urologiyada orta çətinlikli bir əməliyyat növü kimi qəbul edilir: "60 yaşdan sonra kişilərdə sidiyə çıxma problemi yaşanır. Həmin yaşdan sonra kişilərin 50 faizində buna rast gəlinir. 80 yaşdan sonra isə kişilərin 95 faizində bu problem müşahidə olunur. Amma sidiyə çıxma problemlərinin hamısı prostatla bağlı deyil. Yeni yanaşmaya görə, sidik kisəsinin bəzi dəyişikliklərinə görə də belə problem yaranır. Bununla bağlı əməliyyatı icra etmək yaxşı cərrah üçün problem deyil. Əsas odur ki, sidik kisəsinin problemlərinin səbəbini öyrənib, ona aid düzgün müalicə metodu seçilsin".
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 267
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri