Kişilər bu qidalardan az yeməlidir, Cinsi zəiflik yaradır!

Müəllif: Onun_Mələyi
Şərhlər: 0
Baxılıb: 6 452
Səs ver:
(səs: 0)
Mütəxəssislərin fikrinə görə, bəzi qida məhsullarının çoxlu miqdarda qəbulu kişilərdə potensiyanın azalmasına səbəb olur.

Rusiya androloqları belə məhsulların siyahısını hazırlayıb.

- Lobya, mərci, noxud, soya. Bu məhsulların insan sağlamlığı üçün çox böyük faydası olsa da, onların çoxlu miqdarda qəbulu kişilər üçün ziyanlıdır. Bunun səbəbi paxlalıların tərkibində olan fitoestrogenlərdir. Bu maddələr orqanizmə qadın hormonlarına bənzər təsir edir ki, nəticədə kişilərdə testosteronun ifrazı azalır. Yenə də təkrarlayaq ki, bu yalnız tez-tez və çoxlu miqdarda istehlakı zamanı mümkündür.

- Mayalı çörək və digər mayalı un məmulatları. Mayanın həddindən artıq çoxlu miqdarda istehlakı da əsas kişi hormonu olan testosteronun ifrazını azaldır.

- Şəkər və şirniyyatlar. Damarların qənimi olan şəkər həmçinin kişi cinsiyyət sistemində damarları zədələyərək müxtəlif pozulmalara səbəb olur.

- Qəhvə, enerji içkilər, spirtli içkilər (xüsusilə pivə).

Mütəxəssislər potensiyanın azalması və cinsi zəifliyindən əziyyət çəkənlərə bu məhsullardan imtina etməyi tövsiyə edirlər. Bu kimi problemləri olmayan kişilər isə bu məhsulların istehlakını azaltmalıdır ki, gələcəkdə potensiya problemləri ilə rastlaşmasınlar.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 6 452
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri