Bu baş ağrısı dərmanı kişilərdə SONSUZLUQ və CİNSİ ZƏİFLİYİnə səbəb olur

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 842
Səs ver:
(səs: 0)
İbuprofen ən tez-tez istifadə olunan ağrıkəsici dərmanlardan biridir. İbuprofen tərkibli preparatlar müxtəlif ağrılar (diş, baş, bel, oynaqlar və s.) zamanı geniş istifadə olunur.

Lakin son zamanlar bu preparatın ağır yanaşı təsirləri haqqında məlumatlar yayılmaqdadır.

Stenford Universitetinin (ABŞ) alimləri aşkar ediblər ki, tez-tez qəbul olunduqda bu preparat böyrəklərin fəaliyyətini pozur.

Həmçinin ibuprofenin uzun müddət ərzində qəbulu hipertoniya, ürək xəstəlikləri, insultun riskini xeyli artırır.

Saglamolun.az European Heart Journal nəşrinə istinadla bildirir ki, ibuprofenın tez-tez və normadan artıq miqdarda qəbulu ani ürək ölümünün riskini 31%, diklofenakla birlikdə 50% artırır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, ibuprofeni gün ərzində 1200 mq-dan çox miqdarda qəbul etmək olmaz.

Uzun müddət ərzində və yüksək dozalarda qəbul olunan ibuprofen kişilərdə libidonu azaldır, sonsuzluq və cinsi zəifliyinin inkişafına gətirib çıxardır. Sübut olunub ki, ağrıkəsici testosteronun ifrazına mənfi təsir edir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 842
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri