Kişilərin ən əsas cinsi hormonunu gözəl tənzimləyən meyvənin daha 8 FAYDASI

Müəllif: Diablo
Şərhlər: 7
Baxılıb: 7 626
Səs ver:
(səs: 0)
Ananas digər meyvələrdən bahalığı ilə seçilsə də, faydalılıq baxımından çox zəngindir.
Ananasda olan maqniy, B qrup vitaminləri, antioksidantlar, kaliy, tiamin, Vitamin C, təbii früktoza, fosfor, liflər beyindən tutmuş bağırsaqlara kimi müsbət təsir edir.

Ananasın bilmədiyiniz 8 faydasını təqdim edirik. Hansı ki, bunları bilsəniz, hər gün ananas yeməyə çalışacaqsız. Eləcə də konkret xəstəliklər üzrə ananasın nə kimi təsir edəcəyini öyrənə bilərsiniz.

1. Ürək və beyinin yaşlandıqca zəifləməsi və xəstələnməsinin qarşısını almaq üçün orqanizm B qrup vitaminlər,tamin, riboflavinə ehtiyac duyur. Bu maddələr də ananasda var. Ona görə 40-50 yaşından sonra həftədə 3-4 dəfə ananas yemək mütləqdir.

2. Xərçəng əleyhinədir - burda da ananasda olan antioksidantlar rol oynayır. Ananas sərbəst radikalları zərərsizləşdirərək, şiş hüceyrələrinin qarşısını bir qədər almış olur.

3. Kişilərdə libid və testosteronu nizamlayır – kişilərin ən əsas cinsi hormonunu ananas gözəl tənzimləyir. Bu hormonun azlığı olan, cinsi əlaqə və sonsuzluq problemi olan kişilər tez-tez ananas yeməlidir

4. Günlük C vitamini təminatı – immunitetin açarı olan bu vitamin ananasda çoxdur. Anans bədəndə olan artıq mayeni qovur, iltihabı azaldır, ödəmi, şişkinliyi azaldır, ağrıları səngidir.

5. Dərini cavanlaşdırır – Ananas dəri üçün vacib olan kollagenin hasilini artırır, dərini elastik, möhkəm, hamar edir. Sellülitlə mübarizədə də ananas yemək tövsiyyə olunur.

6. Qəbizlikdən xilas edir, bağırsağı təmizləyir - ananas həzm sistemini çalışdırır, zülalları parçalayır, liflər yoğun bağırsağı təmizləyir.

7. Astma, bronxit, ağciyər xəstəliklərində tənəffüsü rahatladır -

Ananas bromelainin təbii mənbəyidir. Məhz Bromelayn tənəffüs problemlərində əvəzsizdir.

8. Yüksək qan təzyiqi və qan qatılaşmasına qarşıdır – bromelayn təbii qan durulducudur, aspirin əvəzi təsir edir. Ananas bu baxımdan təzyiq xəstələri üçün də vacib meyvədir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 7 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri