Ovulyasiyanın vaxtını necə müəyyən etmək olar?

Müəllif: Ay_işığı
Şərhlər: 7
Baxılıb: 4 528
Səs ver:
(səs: 0)
Ovulyasiya vaxtının (anının) dəqiq müəyyən edilməsi bəzi sonsuzluq növlərinin müalicəsi üçün çox vacib hesab edilir.

Ovulyasiya anının müəyyən edilməsinin bir neçə üsulu vardır:

1. Əksər qadınlar öz subyektiv hissiyyatları ilə ovulyasiyanın baş verməsi anını müəyyən edə bilirlər. Belə ki, ovulyasiya anında qarının aşağı hissəsində və ya beldə ağrı baş verir. Bu zaman qadının halı yaxşılaşır və onda kəskin seksual tələbat yaranır. Ovulyasiya zamanı qadın cinsiyyət üzvlərindən (uşaqlıq yolundan) selik ifazatın artması da qeyd edilir. Bu uşaqlığın boyunun (servikal kanalın) ifrazatı olub servikal selik adlanır. Ovulyasiya vaxtı spermatozoidlərin uşaqlıq boşluğuna tərəf hərəkətini asanlaşdırmaq üçün bu selik başqa günlərdən fərqli olaraq daha az yapışqan olur (çiy halda olan yumurta zülalına bənzəyir). Ovulyasiyadan sonra və hamiləlik dövründə isə servikal selik daha qatı və daha çox yapışqan olur ki, bu da müxtəlif mikroblar, infeksiyalar və digər xəstəlik törədicilərinin qadın orqanizminə daxil olmasının qarşısını alır.

Servikal seliyin başqa bir vacib xüsusiyyəti də var ki, bu və ya digər zəifliklərə malik olan spermatozoidlər onun təsiri nəticəsində məhv olurlar. Daha güclü spermatozoidlər isə onun zərərli təsirlərinə üstün gələrək uşaqlığa daxil ola bilirlər. Bu isə daha sağlam uşağın yarana bilməsi ehtimalını artırmış olur.

2. Təqvim üsulu. Ovulyasiya praktiki olaraq aybaşı tsiklinin ortasında baş verdiyi üçün ilk növbədə bu tsiklin davam etməsi müddətini təyin etmək lazımdır. Bu, bir menstruasiya tsiklinin əvvəlindən digər tsiklin başlanmasına qədər olan bir müddətdir. Məsələn, aybaşının başlanması bir dəfə 21 oktyabra, növbəti aybaşının başlanması isə 21 noyabra təsadüf edərsə, demək, menstrual tsikl 30 gün təşkil edir. Bu halda ovulyasiya 5 noyabr tarixində baş vermiş olacaq. Menstruasiya tsiklinin müddətini daha dəqiq təyin etmək üçün son üç və ya daha yaxşı olar ki, son altı tsiklin davam etmə müddətini qeyd etmək məsləhət görülür.

Bu halda menstrual tsiklin müddətini daha dəqiq təyin etmək olar.

3. Bazal temperaturun (düz bağırsaqda temperatur) ölçülməsi üsulu. Bu məqsədlə qadın düz bağırsaqda olan temperaturu səhərlər - yataqdan qalxmamaqla adi termometrdən istifadə etməklə (5 dəqiqə ərzində) ölçməli və göstəricini qeyd etməlidir. Əgər temperaturun ölçülməsindən əvvəl normal axşam yuxusu olmazsa, alınan nəticə dəqiq sayıla bilməz. Normal aybaşı tsiklində ovulyasiyaya qədər düz bağırsaqda olan temperatur 37 C-dən aşağı olur. Ovulyasiyadan bilavasitə əvvəl hərarət daha 1 neçə 0,1 dərəcə aşağı düşür. Ovulyasiyadan dərhal sonra düz bağırsaqda olan hərarət birdən-birə kəskin şəkildə 0.6 -0.9 C qalxır.

Qeyd etmək lazımdır ki, sadalanan bu üsullarla yalnız təxmini nəticələr əldə etmək olur.

Ovulyasiya anının müəyyən edilməsinin daha bir neçə üsulu vardır:

1. Follikulun böyüməsi və inkişafına, onun deşilməsi (ovulyasiyanın özü) prosesinə - follikulometriya prosesinə - ultrasəs aparatının köməkliyi ilə nəzarət etmək olur.

Menstruasiya tsiklinin 10-cu günündən başlayaraq yumurta hüceyrəsi yumurtalıqdan çıxan günədək hər gün USM aparmaqla, ovulyasiya gününü dəqiq təyin etmək olar. USM zamanı içərisində yetişmiş yumurta hüceyrəsi olan follikul itir və onun yerində sarı cisim əmələ gəlir ki, onu da USM-də aydın görmək olur.

2. Sidikdə LH - lyüteyinləşdirici hormonun təyin edilməsi. Bu üsul çox sadə olduğu üçün ev şəraitində də tətbiq edilə bilər. Bu məqsədlə ovulyasiyanın müəyyən edilməsi üçün xüsusi testlərdən (onları hamiləliyin təyin edilməsi testləri ilə qarışdırmayın) istifadə olunur. Ovulyasiya testlərini onun təxmin olunan vaxtından 5-6 gün əvvəl, qeyd olunan qaydalara uyğun olaraq, gündə iki dəfə olmaqla aparmağa başlayırlar.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri