Uşaqlıq boynunun eroziyası. Fəsadlar və müasir müalicə

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 3 022
Səs ver:
(səs: 1)
Eroziya uşaqlıq boynunun selikli qişasının xoşxassəli dəyişikliyidir. Lakin eroziya uzun müddət mövcud olduğu halda uşaqlıq boynunun xərçənginə çevrilə bilər.

Ginekoloq uşaqlıq boynunun eroziyasını çox zaman təsadüfi müayinə zamanı aşkar edir. Çünki heç bir əlamət vermədiyi hallar olur, bəzən cinsi əlaqə zamanı ağrı, qanama verə bilir. Bu əlamətlərdən hər hansı birinin olduğu halda xəstə dərhal ginekoloqa müraciət etməlidir.

Eroziyanın yaranma səbəbləri müxtəlifdir - bunlardan birincisi infeksiyadır. Bu infeksiyalar spesifik və qeyri-spesifik ola bilər.

Bu infeksiyalar uşaqlıq boynu seliyinin tərkibini dəyişərək uşaqlıq yolunun disbakteriozunu, qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərini yaradaraq uşaqlıq boynunun selikli qişasını zədələyir.

Eroziya aşkar olunduğu zaman ilkin olaraq axıntı aradan qaldırılmalıdır və müalicə olunmalıdır.

Eroziyanın müasir müalicə üsulu karbon dioksid lazerlə müalicədir. 1 seansa 3-5 dəqiqə ərzində ağrısız CO2 lazerlə müalicə olunur. Lazerlə müalicənin üstünlükləri bunlardır: heç bir çapıq izi qoymur, ağrısızdır.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri