Cinsi yolla yoluxan xəstəliklər. Kişi və qadınlarda SİMPTOMLAR

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 3 248
Səs ver:
(səs: 1)
Bir çox xəstəliklərdən fərqli olaraq cinsi yolla keçən xəstəliklər (STD) sperma, vaginal axıntı və qan kimi bədən mayelərinin təması ilə insandan insana vaginal, anal və oral (ağız) yolu ilə yoluxur.

STD-si olan biri ilə qorunmasız vaginal, anal və ya oral cinsi münasibətdə olaraq, bu xəstəliklərdən birinə və ya bir neçəsinə rahatlıqla yoluxmaq olar.

Bu cinsi yolla yoluxan xəstəliklərin yayılmasının tək yolu olduğu anlamına gəlməz. Spesifik cinsi yolla keçən xəstəliyə bağlı olaraq, infeksiya iynələrin paylaşımı və əmizdirmə yolu ilə də keçə bilər.

Kişilərdə cinsi yolla keçən xəstəliklərin simptomları:
- Cinsi münasibət və ya idrar əsnasında ağrı və ya narahatlıq
- Penisdə, xayalarda, anusda, qalçada, budda və ya ağızda yaralar, suluq və ya səpgilər
- Penisdən qəribə axıntı və ya qanama
- Ağrılı və ya şişmiş xayalar.

Qadınlarda cinsi yolla keçən xəstəliklərin simptomları:
- Cinsi münasibət və ya idrar əsnasında ağrı və ya narahatlıq
- Vaginada, anusda, qalçada, budda, ağızda və ya ağız çevrəsində yaralar, suluq və ya səpgilər
- Vaginadan qəribə axıntı və ya qanama
- Vaginada və ya çevrəsində qaşıntı.

Spesifik simptomlar STD-dən asılı olaraq dəyişə bilir. Həmçinin onu da qeyd etmək lazımdır ki, bəzən cinsi yolla keçən xəstəliklər istər qadınlarda, istərsə də kişilərdə asimptomatik ola bilir, yəni hər hansısa bir simptom göstərmir.

Cinsi yolla keçən xəstəliklərin növləri:
- Xlamidiya (Chlamydia trachomatis)
- HPV (Human Papillomavirus)
- Sifilis
- HİV (Human immunodeficiency virus)
- Qonoreya (Gonorrhea)
- Trixomonas (Trichomonas vaginalis)
- Herpes

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 248
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri