Sevdiyi qadının hamiləliyi kişini yumşaltmaqla yanaşı məsuliyyət hissini artırır. Axı cəmi bir neçə aydan sonra onun statusu tamamilə dəyişəcək—ata olacaq. Odur ki, yoldaşınızın intimə marağının azalması sizi qorxutmasın. Nəzərə alın ki, o da narahatdır. Xanımının sağlamlığı, hamiləliyin normal keçməsi onu da maraqlandırır və bəzən kişilər də gələcək körpələrini incitməkdən çəkinirlər. Hər bir kişi, açıq deməsə də, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamiləliyi kişini sevindirməklə yanaşı, daha ehtiyatlı edir. Bu da intimə təsir göstərir. Həm də bilin ki, qadınlar hamiləliklə bağlı dəyişiklikləri daha təbii qarşılayırlar. Amma kişi xanımının görünüşünün dəyişməsinə, yeni zövqünə və yeni əhvalına daha çətinliklə alışır. intimin mənası sadəcə təbii artım yox,həm də partnyora qarşı diqqət,nəvaziş və sevginin göstəricisidir. Bir şeyi bilmək zəruridir; hamiləlik zamanı xüsusilə vacib olan ailə münasibətlərində harmoniyanı qorumaqdır. Qarşınızdakının da istəyini nəzərə alın, özünüzə də diqqətli olun. Özünüzə çox əziyyət verməyin.
Hamiləlik dövründə intim çox da vacib deyil. Qarşılıqlı məhəbbəti ifadə etməyin yolu çoxdur! İlk 3 Ayda Hamiləliyin ilk 3 ayı, cütlər üçün ən çətin və ən uzun dövrdür. Mədə bulantısı və böyüməyə başlayan sinələrinizdəki ağrıdan ötəri özünüzü çox vaxt pis hiss edə bilər və cinsi istəksizlik duya bilərsiniz. Bu vəziyyətdə yoldaşınıza bir az səbrli olmasını və sizi anlamasını söyləməlisiniz. 3-7 ay arası Hamilə olduğunuzu artıq qəbul etmiş və bununla yaşamağı öyrənmisiniz. Bu dövrdə cinsi arzularınız geri gəlmişdir. Bu dövr bir çox qadın üçün ən güclü orgazmların yaşandığı dövrdür. Qan təzyiqinizdəki artım, hormonal sekresiyalarınız cinsi istəklərinizi qamçılayacaq. Vaginal mayeniz artdığından kiçik ağrı duymadən əlaqəyə girə bilərsiniz. Hələ körpəniz səbəbindən də qarınınız çox çox böyümədiyi üçün istədiyiniz mövqedə sevişə bilərsiniz. 7. aydan sonrası Qarınınız gedərək böyüdüyü üçün hər mövqedə cinsi əlaqəyə girə bilməzsiniz. Bu dövrdə daha çox yan yataraq sevişməyi təcrübənin.Yoldaşınızın qarınınızın üstünə çox çox basdırmamasına diqqət yetirin. Zatən hər mövqedə yata bilməmək, gün keçdikcə körpəniz üçün narahatlıq və ağırlaşan bədəninizi zorla hərəkət etdirmək cinsi istəklərinizi özbaşına yatıracaq. Bu vəziyyətdə ön sevişməyi uzun tutmalı və bir-birinizi uzun müddət oxşamalısınız.
Diqqət,
bilməniz lazım olan nöqtələr: *Hamiləlikdə cinsi bərabərlik əsnasında
gigiyenaya normalda olduğundan daha çox diqqət yetirməlisiniz. *Cinsi
əlaqənizin sıxlığını bu dövrdə bir az azaldın. Məsələn yeni bir əlaqə
üçün əvvəlki əlaqənizin üzərindən 24 saat keçməsinə diqqət yetirin.
*Körpənizə zərər verməmək üçün daha çox sizin üstdə olduğunuz mövqeləri
seçin. Ancaq qarınınız böyüdükcə əlbəttə ki bir az daha diqqətli
olmalısınız. *Hamiləyiksə cinsi əlaqəyə "yox" deməməliyik.Əksinə yeni
kəşflər etməliyik.Sizləri maraqlandıran mövzulara və suallara aydınlıq
gətirək. Uşaqlar valideynlərinin cinsi əlaqəylə məşğul olduqlarını hiss
edirlərmi? Bu onlara təhlükəli deyilmi? Uşağı matka pərdəsi qoruyur(o
yetərincə qalındır).Uşaq heç nə hiss etmir.Hətta cinsi əlaqədən sonra
orqazmda hərəkət hiss edirsinizsə,bu o demək deyilki,uşağa pisdir.Ya da
o,nə baş verdiyini anlayır.Uşaqçün anasının ehtirasa gəlməsi çox
önəmlidir.Bunun nəticəsində uşaq daha çox oksigen və qidalandırıcı
maddələr qəbul edir. Hansı poza təhlükəlidir? Normal keçən hamiləlikdə
demək olar ki,heç bir intim pozası təhlükəli deyil.Əsas gələcək ananın
rahatlığıdır.Qarına yük düşməməsinə diqqət edilməlidir.Çox fiziki gücə
yol verilməməlidir. Cinsi istək azalırmı? Qadınlarda adətən azalmır.Əgər
azalırsa bu orqanizmin gücündən və uşağa ziyan vermək qorxusundan ola
bilər.