Öz-özünə Döş Müayinəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 8 567
Səs ver:
(səs: 3)
 

Erkən tanı və müalicəsi edilmiş məmə xərçəngində tamamilə yaxşılaşma nisbəti  90%′dan çoxdur. Erkən tanı üçün tətbiq olunması lazım olan üsullar biri də öz-özünə müayinədir.



Ayna qarşısında



Əvvəl tik dayanıb qollarınızı yana sarkıtın, məmənizdə hər hansı bir nizamsızlıq, dərinin içə çəkilməsi, məmə başının bir tərəfə və ya içə çekin idisi, rəng dəyişikliyi olub olmadığına baxın. Eyni əməliyyatları əlləri iki yandan ombanıza basdırmaq surətiylə sinə əzələlərinizi sıxaraq və qollarınızı yuxarı qaldıraraq edin.



Duş qəbul edərkən



Sağ məmənizi müayinə etmək üçün sağ əlinizi başınızın arxasına gətirin, sol əlinizlə məmə başından başlayaraq dairəvi hərəkətlərlə barmaqlarınızı yüngül yüngül oynadaraq bütün məmənizi müayinə edin. Müayinə əsnasında incə barmaq hərəkətləriylə məmə toxumanızı yaxşıca hiss edin və məmə toxumanızdan fərqli toxumaları qəbul etməyə çalışın. Eyni əməliyyatları sol məməniz üçün təkrarlayın.



Yataraq



Sağ məmənizi müayinə etmək üçün sağ qolunuzu başınızın altına qoyun və duş qəbul edərkən etdiyimiz müayinəni təkrarlayın. Eyni əməliyyatı sol məmənizə tətbiq edin.



Bu əməliyyatları hər ay adətinizin bitimindən etibarən 5-7 gün sonra edin və məmə quruluşunuzu yaxşıca tanıyın. Beləcə məmənizdə meydana gələ biləcək fərqlilikləri asanca qəbul edə bilərsiniz. Belə bir fərqlilik tapdığınızda vaxt itirmədən həkiminizə müraciətin.


(səs: 3)
Şərhlər: 2
Baxılıb: 8 567
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri