Cinsi əlaqədə doğru bildiyiniz yalnışlar!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 18 401
Səs ver:
(səs: 5)
Balıqla birlikdə qatıq yemək olmaz kimi əslində heç bir əsası olmayan, amma, günümüzdə də əfsanə kimi yayılmış səhv inanclar vardır. Bəlkə balıqla birlikdə qatıq yeyilməsə heç nə itirilməz, amma əmin olun əgər yeyilsə zəhərlənmə olmaz. Amma cinsəllikdəki, batil inanclar təəssüflər olsun ki, cinsəl həyatı zəhər edə bilər.

Tez-tez rast gəlinən yalnış inanclar:
- Kişilər hər zaman intim istər və hər zaman buna hazırdırlar.
- Cinsəl yaxınlığı daima kişilər başlamalıdır.
- Cinsəl yaxınlığı qadın başladırsa, bu qadının azğın və təhlükəli olduğunu göstərir.
- Sevişmə cinsəl birləşməyə bərabərdir, bundan əlavə olan təmasların önəmi yoxdur.
- Kişinin penisi sərtləşdiyində ən tez vaxtda boşalmalıdır (üstünlük vajina içinə verilir).
- Sevişmə hər zaman təbii və öz-özlüyündə olmalıdır, sevişmə haqqında danışmaq və ya düşünmək onu pozur.
- Bütün fiiziki təmaslar cinsəl birləşmə ilə tamamlanmalıdır.
- Kişilər hislərini bildirməməlidirlər.
- intim ancaq hər iki tərəfin də orqazm olması ilə gözəl olur.
- Əgər cütlük bir-birini sevirsə, deməli birlikdə intimdən də necə zövq alacaqlarını bilirlər.
- Cinsəl yaxınlıqda olan cütlük bir-birinin nə istədiklərini hiss etməlidirlər.
- Cinsəl yaxınlıq vaxtı masturbasiya səhvdir.
- Cinsəl yaxınlıq zamanı kişinin penisinin sərtliyinin itməsi yoldaşını cəlbedici görmədiyi üçündür.
- Cinsəl yaxınlıq zamanı fantaziya qurmaq səhvdir.
- Kişi və ya qadın intimə yox deyə bilməz.
- intim zamanı nəyin normal olduğunu göstərən konkret qaydalar vardır.
- Cinsəl yaxınlıq zamanı idarə daim kişidə olmalıdır.
- Kişi cinsəllikdə mütləq təcrübəli olmalıdır.
- Sevişmə və cinsəl yaxınlıq zamanı daim kişi aktiv, qadın isə passiv olmalıdır.
- Kişilər daim qadınlardan daha tez orqazma çatır.
- Kişinin yoldaşı günahsız və müqəddəsdir, daha doyurucu və təminedici intim daha çox başqa qadınlarla olmalıdır.
- Cinsəl yaxınlıq zamanı fantaziya quran qadınlar ümumilikdə cinsəl həyatlarında doyumsuzdurlar.
- Cütlüklərdən birinin intim zamanı masturbasiya etməsi evliliyin yaxşı getmədiyinə işarədir.
- Cütlüklərin qarşılıqlı masturbasiya etməsi cinsəl yaxınlığın yerini əsla tuta bilməz.

Müasir miflər:
- Müasir qadın olmaq üçün orqazm olmaq lazımdır.
- Müasir qadın cinsəlliyi başlayandır.
- Müasir qadın cinsəlliyi evlilikdən öncə yaşayan qadındır.
- Müasir qadın olmaq üçün intim zamanı qadın yoldaşına bol miqdarda məlumat verməlidir, yəni nələri xoşlayıb, nələri xoşlamadığını bildirməlidir.
- Cinsəl məlumat azlığı və səhv inancların qarışığından yaranan fikirlər.
- Menopoz (aybaşının kəsilməsi) qadının cinsəl istəyində ani azalmağa səbəb olur.
- Hamiləlikdə qadınların cinsəl istəyi azalır.
- Hamiləlikdə cinsəl yaxınlıq dünyaya gələcək körpəyə zərər verir.
- Qadınlar özəl günlərində onlara yaxınlaşılmasından xoşlanmırlar.
- Boşalmanın olmağı üçün penisin sərtləşməsi lazımdır.
- Kişilər və qadınlar 60 yaşından sonra cinsəlliyə olan maraqlarını itirirlər.
- Kişilərin və qadınların eyni vaxtda boşalmamaları kişilərin tez boşaldığının əlamətidir.
- Kişi hər intim zamanı qadınını orqazm etməlidir.
- Cinsəl yaxınlığın tez-tez olması cütlük arasındaki münasibətin yaxşı olduğunu göstərir.
- Kişilər cinsəl yaxınlığı daim qadınlardan daha tez arzulayırlar.
- Penis nə qədər böyükdürsə, cinsəl yaxınlıq qadın üçün bir o qədər həzz verici olur.
- Əməliyyatlar bətni götürülmüş qadın artıq heç vaxt orqazm yaşaya bilməz.

Cinsəllikdə yalnış inanclar:
- Kişilik orqanı (penis), qadın cinsəl orqanı (vajina) içinə yerləşə bilməyəcək qədər boyükdür.
- Penisin vajinaya ilk girişində mütləq ağrı olmalıdır.
- Penisin vajinaya ilk girişində mütləq çox qanama olmalıdır.
- Əgər kişinin hisləri oyadılırsa, mütləq cinsəl yaxınlıq olmalıdır, buna görədə yaxınlıq olmayacaqsa ona yaxınlaşmayın.
- Cinsəl yaxınlığın müddəti uzanarsa evlilik boşanma ilə nəticələnər.
- Cinsi orqanların görünüşü xoşagəlməzdir və diksindiricidir.

/Mənbə: Qadınlar.biz/
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 18 401
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri