Cinsi sağlamlıq və problemlər

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 10 870
Səs ver:
(səs: 1)
Qadın və kişilərdə soyuqluq və iqtidarsızlıq tərzi problemlərinin böyük bir qismi psixoloji olaraq ortaya çıxmaqdadır. Ancaq fiziki problemlər və bəzi xəstəliklər də cinsi çatışmazlıqlara yol aça bilməkdədir. Ümumiyyətlə erkən dövrlərdə fərqinə varılmayan ancaq irəliləyən yaşlarla ortaya çıxan diyabet xəstəliyi, ürək narahatlıqları və böyrək xəstəlikləri də cinsi həyata mənfi təsir edən faktorlar arasında iştirak etməkdədir. Edilən araşdırmalara görə ürək xəstələrinin təxminən 10 %   keçirilən bir böhrandan sonra cinsi funksiyalarını tamamilə itirə biləcəkləri müəyyən olunmuşdur.  60 % bir nisbətdə isə cinsi həyatda nizamsızlıqlar və istəksizliklərin başlaya biləcəyi müəyyən olunmuşdur. 10 % bir hissədə isə heç bir dəyişiklik olmamaqda və zamanla normal cinsi əlaqələrinə davam etməkdədirlər. Bəzi xəstələr isə məlumatsızlıqdan və qorxularından  cinsi həyatlarını məhdudlaşdırmaqdadırlar.

Cinsi istəksizliyin həlli
Cinsi istəksizlik, daha çox yeni evlənmiş cütlüklərin qarşılaşdığı ən böyük problemlərdən biridir. Bu problemlər cütlüklərin təcrübəsiz və düz ünsiyyət qura bilməmələrindən qaynaqlanmaqdadır. Cinsəllik haqqında şüursuz və az məlumatlara sahib olan qadınlarda əlaqədə, qayğı, qorxu kimi hisslər meydana gələ bilər. Bu problemlər isə irəliləyən zamanlarda cinsi istəkdə azalmalara yol aça bilər. Cütlüklərdə yaranan cinsi əlaqədə istəksizlik cütlüklərin hər ikisindən də qaynaqlana bilər.
Kişinin tez boşalması, təcrübəsiz olması, rahat olmaması və sıxılması cinsi birləşməyə maneə törədən ən əhəmiyyətli faktorlar arasındadır.

Metropol cinsi həyata mənfi təsir edir
Metropol həyatın gətirib çıxardığı stress, zaman itkisi və yorğunluq statistikalara görə qadınlarda cinsi istəksizliyə səbəb olur. Cinsi istəksizlik müalicə ilə keçə biləcək bir problemdir. Ancaq müalicənin müvəffəqiyyətli olması üçün cütlərin birlikdə qiymətləndirilməsi lazımdır. Qadınlarda yaranan cinsi istəksizlik zaman içərisində və müalicə edilmədiyi təqdirdə psixoloji problemlər kimi daha ciddi problemlərə əbəb ola bilər.

Cinsəlliyin ifadə edilməsi üçün nə etməliyik?
Fərdi xüsusiyyətlər: ümumiyyətlə qadınların cinsəlliyə qarşı istəkləri və maraqları dəyişəndir. Qadınların bəziləri çox istəksiz olarkən bəziləri isə həddindən artıq bir istək bəxş edər.

Yaş: yaş irəlilədikcə cinsi istək və cinsi əlaqə aralığında azalmalar meydana gələr. Yaşın irəliləməsi ilə birgə bəzi problemlərdə ortaya çıxa bilər. Bu problemlər, rəhm sıxılması, rəhmdə daralma, rəhm divarında incəlmə kimi problemlərdən yana vajinal infeksiya və sidik yollarında infeksiya ehtimalı artmaqdadır. Yaranan bu infeksiyalardan cinsi əlaqədə ağrılar meydana gəlir.  Lakin cinsi birlikdəliyə nizamlı davam edən qadınlarda bu cür mənfiliklərə daha az rast gəlinir. Yaşın irəliləməsi qətiliklə cinsi istəkdə azalmaların meydana gələ biləcəyi bir faktor hesab edilməməlidir. Menopoza girən bir qadın və irəli yaşlarda sağlamlığı yerində olan fərdlərdə yoldaşları ilə cinsi birlikdəliyi davam etdirə bilməkdədir.

Dərmanlar: müxtəlif xəstəliklərə görə davamlı istifadə edilməsi lazım olan bəzi dərmanlar cinsi istəksizliyə yol aça bilər. Bu kimi problemlərdə ya dərman dəyişdirilməli ya da dərmanın dozasi? yenidən nizamlanmalıdır.

Xəstəliklər: ginekolojik olaraq inkişaf edən ya da xarici xəstəliklər cinsi həyata mənfi olaraq təsir edir.

/Mənbə: Qadınlar.biz/

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 10 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri