Qadın və kişi, sevgi və intim...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 6 640
Səs ver:
(səs: 6)
Evlilikdən bir müddət sonra cinsəllik ikinci planda qalır. Evliliyinizin uzun ömürlü olması üçün cinsəl münasibətləri qorumaq lazımdır. 
Uzun və sağlam evlilikdə cinsəl yaşamın rolu nədir? 
Sağlam evlilikdə istəklər həqiqi olmalıdır. Hamıya aid olmasa da, evlilikdən mifik səviyyədə arzular olur. Evlilikdə reallıqlar bu istəklərlə uyğun gəlməyən zaman hər iki tərəf böyük səhv etdiyini düşünə bilər. 
Yaxşı evlilik romantik olmalıdır? 
Bütün sevgilərdə problemlər mövcuddur. Bəzən çətinliklər romantik duyğulara mane olur. Bütün cütlüklərin sevgii hiss etdikləri və hiss etmədikləri anı olur. Sevginin hiss olunmaması, onun mövcud olmaması anlamına gəlmir. Evlənən insanın başqasını xoşbəxt etmək üçün nə gücü, nə də yetərli istedadı olur. Xoşbəxtlik insanın içindən gəlməlidir. İnsanın özünü yaxşı hiss etməsi və sevincli olması evliliyin yaxşı istiqamətdə getməsinə yardım edir. Ancaq xoşbəxtliyinin əsas qaynağı deyil.
Sevgi bütün problemlərin öhdəsindən gəlirmi? 
Evliliyin uşaqlar kimi diqqətə ehtiyacı var. Qayğını əskik etmək olmaz. Evlilik bir gecəlik münasibət deyil, incə detalları var və buna həssas yanaşmaq lazımdır. Ərlə arvad səbrli və davamlı olaraq bir-birinin ehtiyaclarına həssas şəkildə yanaşsa və münasibətlərindəki dəyişikliklərə adapta ola bilərsə, o zaman eşq və sevgi uzun ömürlü ola bilər. Bu halda problemlər daha rahat həll olunur. Daha sağlam cinsəllik də o zaman yarana bilər. 
Bir insanın nə qədər ağıllı və ya güclü xarakterə sahib olmasına baxmayaraq, həyat yoldaşının beynində keçənləri oxuya bilmək kimi bir bacarığı olmur. Duyğusal, maddi, fiziki ehtiyaclar açıq şəkildə dillə ifadə olunmalıdır. Qarşı tərəfin ehiyacını və arzusunu reallaşdırma gücü və imkanı varsa, əvvəlcə bundan xəbərdar olmalıdır. 
Evlilikdəki mübahisələr sevginin az olduğunu göstərir? 
Evlilikdə dava, mübahisələr və müzakirələr qaçılmazdır. Ancaq mübahisələr evliliyə zərər verməli deyil. Qadın və kişinin hadisələrə münasibətləri tərbiyə aldıqları və yaşadıqlarından asılı olaraq fərqli olur. Bu fərqin birinin doğru, digərinin isə səhv olduğu demək deyil. Mübahisələr normal qayda ilə həll olunsa, evlilik daha sağlam olar. Çünki onlar bir-birindən yeni fikirlər və düşüncə tərzi mənimsəyir. Burada əsas məsələ iki fərqli insanın bir-biri ilə yola gedə bilməsidir. 


(səs: 6)
Şərhlər: 1
Baxılıb: 6 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri