Gənc ailələrdə yaranan problemlərdən biri də cinsi əlaqə zamanı baş
verən erkən eyakulyasiyadır. Erkən eyakulyasiya - kişilərdə sperma
xaric olmanın həddindən tez (3 dəqiqədən az ) baş verməsidir. Bu hal
normal potensiyalı kişinin orqazmı idarə edə bilməməsi nəticəsində
yaranır. Yəni, eyakulyasiya cinsi əlaqə zamanı hər iki tərəfin
istədiyindən tez bas verir. Erkən eyakulyasiya (boşalma) kişi seksual
problemləri arasında ən geniş yayılmışlardan biridir. Bu zaman
eyakulyasiya üzərində iradi nəzarət itir. Belə halda hər iki tərəfdə
narazılıq əmələ gəlir.
Tez eyakulyasiya istənilən kişinin həyatında
baş verə bilər. Bunun səbəbləri müxtəlif ola bilər - uzun müddət cinsi
əlaqədə olmamaq, ilk cinsi əlaqə, qarsı tərəfin həddindən artıq
ehtiraslı olması, uzun müddət masturbasiyadan istifadə etmək, psixoloji
və endokrin pozğunluqlar, sidik-cinsiyyət sisteminin müxtəlif
xəstəlikləri və digər bu kimi oxşar hallar.
Cinsi əlaqə zamanı hər
iki tərəf həm fizioloji,həm də psixoloji olaraq həzz almalıdır. Əyər hər
hansı səbəblər üzündən bu baş verməzsə, tərəflər arasında narazılıq,
ailələrdə isə bəzən ayrılmaq təhlükəsi yarana bilər.
Erkən boşalma
baş verdikdə insan bunu daima fikirləşərək narahat olur: o öz qadınına
istədiyi həzzi verə bilmir və deməli, onun fikrinə görə o tam normal
kişi deyil. Çox maraqlıdır ki, erkən eyakulyasiyanı qadınlar daha tez
anlayırlar. Buna görə də erkən boşalma tək tibbi problem deyil, həmçinin
sosial bir problemə çevrilib. Buna gorə də belə problemi olan kişilərdə
belə bir sual oyanır: bu bəladan necə can qurtarmalı?
Erkən
boşalmaları gedişatına görə həqiqi və nisbi formalara bölmək olar.
Həqiqi erkən eyakulyasiya cinsi aktın 2 dəqiqədən az vaxtda sona
çatmasıdır. Nisbi formada cinsi akt 2 dəqiqədən çox çəkir, amma bu vaxt
tərəflərin hər ikisinin razı qalması üçün bəs etmir. Erkən eyakulyasiya
kişilərin təxminən 35-40 faizində rast gəlinir. Ən çox cavan yaşlarda
müşahidə olunur.
Spirtli içki və eyakulyasiya
Tibbdə erkən
eyakulyasiyanı həmçinin birincili və ikincili formalara bölürlər.
Birincili hal cinsi həyata təzə başlayan kişilərdə baş verir və bu
həddindən artıq ehtirasın olması, birinci cinsi akt, ardıcıl olmayan
cinsi əlaqə və s. ilə əlaqəli olur. Bu hal adətən cinsi əlaqələr ardıcıl
olduqdan sonra normaya düşür. İkincili formada erkən eyakulyasiya
fizioloji və psixoloji dəyişikliklər nəticəsində əmələ gəlir. Belə
hallar kişilərdə psixoloji pozğunluq, cinsi əlaqədən uğursuzluq olacaq
deyə qaçmaqla nəticələnir ki, bu da ailənin dağılmasına belə gətirib
çıxara bilir.
Fizioloji səbəblərdən biri penisin baş hissəsinin
həssaslığının artmasıdır ki, bu hal əsas və ən çox yayılmış səbəblərdən
biridir. Bu hal həm anadan gəlmə, həm də qazanılmış ola bilər (fimoz,
balanopostit və s.). Anadangəlmə halında asağıdakı hallar müşahidə
olunur: cinsi aktın davam etmə müddəti həmişə eyni olur, ereksiyanın tez
baş verməsi, normadan kənarlıq cinsi əlaqələr zamanı bütün ömür boyu
baş verir, növbəti cinsi əlaqə zamanı bir qədər vaxt uzanır, amma bu
vaxt çox az fərq edir, cinsi əlaqə rezin qoruyucu ilə adi haldakından
vaxta gorə daha uzun olur, eyakulyasiya cinsi aktin əvvəlində baş verir,
çox az spirtli içki qəbulu cinsi aktin uzanmasına gətirib çixarır.
Fizioloji
dəyişikliklərin digər növü xroniki vezikulitdir ki, bu da toxum
kisəciklərinin xəstəliyidir. Bu halda kisəciklərin divarı həddindən
artiq həssas olur, ən kicik bir qıcığa belə kəskin cavab verərək
eyakulyasiya yaradir. Vezikulitlə bağlı erkən eyakulyasiya zamanı
asağıdakı hallar baş verir: prosesin dalğavari getməsi, xəstəliyin
tədricən kəskinləşməsi, eyakulyasiyanın çox vaxt cinsi akta qədər baş
verməsi, növbəti aktların birinciyə nisbətən bir az uzun olması, spirtli
içkilərin qəbulu nəinki prosesi gecikdirir, əksinə daha da
tezləşdirməsi, eyakulyasiyanın bəzən ağrılı olması, cinsiyyət orqanının
başı müxtəlif keyləşdiricilərdən istifadə etdikdə fərqin olmaması və s.
Vezikulit
çox vaxt prostat vəzidə olan proseslə paralel gedir. Ona görə də belə
hallarda kompleks müalicə aparılmalıdır. Amma tək prostatit erkən
boşalmaya səbəb ola bilər. Bu zaman prostatitin digər simptomları ilə
yanaşı erkən eyakulyasiya da əsas şikayətlərdən olur.
Sinir gərginliyinin cinsi əlaqəyə təsiri
Sidik-cinsiyyət
sisteminin digər xəstəliklərinə uretrit, sistit, orxit, epididimit,
böyrək daşı xəstəliyi, hiperaktiv sidik kisəsi, pielonefrit, kolikulit
(toxum qabarcığının iltihabı) ve digərləri daxildir. Daxili orqanların
həyat fəaliyyətinin pozulmasi (kortikal və subkortikal strukturda
qazanılmış və ya anadangəlmə pozğunluqlar, onurğanın bel-oma nahiyəsində
zədələnmələr, uroloji iltihab prosesləri, sümüklərin və qarın boşluğu
orqanlarının travmasi və s.) da tez boşalmaya səbəb ola bilər. Hormonal
dəyişikliklər, hormonal disbalansın istənilən mərhələsində erkən
eyakulyasiyaya təkan verən amil ola bilər: xayalarda, hipofiz,
hipotalamus, böyrəküstü vəzi, qalxanvari vəzin funksiyasının artması,
mədəaltı vəzi, kuper vəziləri, uretranın selik vəziləri və s. Müxtəlif zəhərli maddələr - spirtli içkilər, nikotin, bəzi dərman preparatları erkən eyakulyasiyaya səbəb ola bilər.
Psixoloji
dəyişikliklər səbəbindən baş verən eyakulyasiyaya isə aşağıdakılar
aiddir: birinci cinsi əlaqə, uğursuzluqdan sonra qorxu, növbəti
əlaqələrdə bunun təkrar olmasından çəkinmək, bunun sirr olaraq qalması
ücün növbəti əlaqədən qaçmaq, tərəflər arasında inamın itməsi (bu hal
günün çox hissəsini ancaq seks haqda fikirləşən kişilərdə büruzə verir),
hər iki tərəf arasında ümumi anlaşmanın itməsi, xəyanət və s.
Xroniki
sinir gərginliyi səbəbindən yaranan eyakulyasiya isə adətən bütün gün
ərzində fiziki və zehni işlə məşğul olaraq istirahətə vaxt ayırmayan
kişilərdə baş verir. Cavan yaşlarda tələsik cinsi aktlar və ya
masturbasiyalardan sonrakı şərti refleks, cinsi aktı təcrübəsizlik
ucundan idarə etmə təcrübəsinin olmaması, növbəti uğursuzluq qorxusu,
çox erkən cinsi həyat buna misal ola bilər.
Psixogen mənşəli
pozğunluqda cinsi aktin gedişatı asağıdakı kimi olur: cinsi aktlar
arasındakı vaxt çox uzun çəkir, cinsi aktın müddəti müxtlif qadınlarla
müxtəlif olur, növbəti aktin ereksiyanın zəif olması üzündən alınmaması,
erkən eyakulyasiya çox vaxt cinsi zəifliklə bir yerdə baş verir, əlaqə
zamanı fikri başqa tərəfə yönəltməklə aktın nisbətən uzadılması, çox az
miqdarda spirtli içki vəziyyəti kəskin yaxşılaşdıra bilər və s.
Qazanılmış
və ya anadangəlmə hiperaktivlik ( çox vaxt idmançılarda yüngül
atletlərdə, üzgüçülərdə, futbolçularda, gimnastlarda, güləsçilərdə,
boksçularda, velosipedçilərdə, ağır atletlərdə və s.) hiperhərəkətlilik,
ətraf mühitə qarsı reaksiyaların həddindən artıq yüksək olması da erkən
boşalmaya səbəb ola bilər.
Müalicə üsulları
Erkən
eyakulyasiyanın müalicəsi bir neçə mərhələdə aparılır: psixoterapevtik
(bu vaxt xəstəyə cinsi akt üzərində nəzarətin idarə edilməsi izah
olunur), medikamentoz müalicə (prostat vəzi və toxum qabarcığının
iltihab prosesində, sinir sistemində həddindən artıq oyanıqlıq, penisin
baş hissəsinin həssaslığının həddindən artıq olması, erektil
disfunksiyalar və s.) Hazırda erkən eyakulyasiyanın 5 müalicə üsulu var: 1. Yerli müalicə və seksterapiya 2. Farmakoterapiya
3. Refleksoterapiya 4. Psixoterapiya 5. Cərrahi yol
Amma
bəzən eyakulyasiya 2-3 dəqiqə çəkməsinə baxmayaraq, hər iki tərəf
seksual həzz ala bilirlər. Bu zaman erkən eyakulyasiya hər iki tərəfin
razı qalması ilə nəticələndiyindən xəstəlik hesab edilməyə bilər və
müalicəyə də ehtiyac duyulmaz.
Belə hallar yaşayan bütün kişilərə
məsləhətim vaxtında həkimə müraciət edərək erkən boşalmanı yaradan
səbəbləri aradan qaldırmaqdır.