Yay gözəldir, amma infeksiyalar olmasa!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 8 185
Səs ver:
(səs: 1)

Yay aylarında artan vaginal infeksiyalar, qadınların böyük bir hissəsini təsir edir. Bəzən hovuz, bəzən nəmli havayla bağlı olaraq ortaya çıxan bu infeksiyalara diqqət edilməlidir!
Yay ayları  tətil, günəş, qum, dəniz və hovuz deməkdir. Lakin hər şey göründüyü qədər gözəl olmaya bilər. Yay xəstəlikləri də özü ilə gətirir bəzən ... Xüsusilə qadınlar, yay aylarında daha çox ortaya çıxan vaginal infeksiyalar səbəbiylə çox vaxt çətin günlər yaşaya bilir. Bu infeksiyaların ən çox təsadüf ediləni qadınların hardasa yüzdə 75 % vaginal göbələk infeksiyaları olur. Hamiləlik, doğum idarə həbi (DƏRMANI)  istifadəsi, uzun çəkən antibiotik istifadəsi və müalicə edilməmiş şəkər xəstəliyi kimi səbəblərlə ortaya çıxan vaginal göbələklərin ən əhəmiyyətli göstəricisi isə; Vulva yəni genital bölgənin xarici qisimində və vaginada çox qaşıntıyla birlikdə pendir kəsiyi şəklində, ağ, qoxusuz axıntı olması. Vaginal göbələk infeksiyalarınınmüalicəsində isə, əksəriyyətlə vaginaya fitil tətbiqi, vulvaya krem ​​tətbiqi, daha ağır infeksiyalarda isə tək doza dərmanlar istifadə edilir.


Təbii tarazlıq pozula bilir
Vaginal infeksiyalar haqqında məlumat verən Me-Si Qadın Sağlamlığı Mərkəzindən, Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dr. Hüseyn Köseoğlu, "Xəstə, axıntı şikayəti ilə gəldisə ona heç soruşmadan dərhal bir dərman vermək doğru deyil. Vagen, qadını qoruyan bioloji bir qapıdır. Vagenin pHi 3.8-4.2 arasındadır. Bu dəyər 4.2 'dən çox çıxdığında qoruyucu ünsürləri olan laktobasil, funksiya edə bilmir, yəni özünü qoruya bilmir "deyir.
Dr. Hüseyn Köseoğlu, yayın bu infeksiyaların artmasının ən əhəmiyyətli səbəbinin hovuzda istifadə olunan xlorun olduğunu söyləyir: "Bu səbəblə hovuza girmək üçün xlorun çox olduğu səhər saatlarını deyil, günortadan sonranı seçməlisiniz. Bundan başqa anti bakterial məhsullar istifadə də Floranı poza bilir. Normal cinsi həyatdan daha sıx bir cinsəllik yaşansa, istifadə edilən sperma öldürücü fitillər, gel və ya prezervativlər vaginaya təsir edir. Köseoğlu, pis qoxulu axıntı, köpüklü yaşıl axıntı, axıntıdan çox qaşıntı, ağrı olduğunda mütləq həkimə müraciət edilməsi lazım olduğunu ifadə edir.


Nə etmək lazımdır?
Yay aylarında pambıq iç geyimləri geyinmək lazımdır: Gündəlik bezlərdən də istifadə edə bilərsiniz; lakin iç geyiminizi gündəlik dəyişdirməniz daha çox sağlamlığınızı təmin edər Tətilə gedərkən yanınızda dəstəkləyici bir fitil və antiseptik məhlul götürə bilərsiniz bilərsiniz. Regional təmizlik üçün istifadə məhsullardan dəstək ala bilərsiniz.
Açıq tualetlərdə diqqətli olunmalıdır: Alt paltarları və dəsmal kimi xüsusi əşyaları başqaları ilə paylaşmamaq və təmiz olduğundan əmin olunmayan hovuzlar girməmək lazımdır. Köseoğlu, "Genital bölgə təmizliyində təmizləyici dəsmalları istifadə edə bilərsiniz. Xüsusilə gənc qızlarda axıntı çox olduğundan, analar buna qarşı tədbir almağı qızlarına kiçik yaşda öyrətməlidir "deyir.


Bakterial vaginozis
Dr. Hüseyn Köseoğlu, yay aylarında yaşanan ən böyük çətinliklərdən birinin də qoxulu bir axıntı olan bakterial vaginozis olduğunu deyir Göbələkdən daha zərərli olan bu bakteriya, çox pis bir qoxu ortaya çıxardığı üçün cinsi həyatı bitirə bilir, qadın oturarkən öz qoxusunu hiss edir və bu da çox böyük bir narahatlıq yaradır. Bu insanlarda mütləq dərman müalicəsinə müraciət etmək lazımdır.


Trikomonas infeksiyası
Trikomanas bakteriyası isə qadınların ən əhəmiyyətli problemlərindən biridir. Cinsi təmasla yaranan bu bakteriyanın ən əhəmiyyətli əlaməti sarı, köpüklü, pis qoxulu hədindən artıq çox vaginal axıntı və ən çox vulvada görülən qaşıntı olur. Müalicəsində fitil və ya tablet şəklindəki dərmanlar istifadə edilir.Trikomonas infeksiyası, hamiləlik dövründə suyun erkən gəlməsinə və erkən doğuma səbəb ola bilir. Trikomonas vaginit, cinsi yolla yaranan xəstəliklər qrupunda yer aldığından, qadının həyat yoldaşının da müalicə edilməsi lazımdır. Trikomonas infeksiyası daşıyan bir kişi əksəriyyətlə heç bir xəstəlik əlaməti göstərmir, amma tək bir əlaqədə belə infeksiyanı yoldaşına asanlıqla keçirə bilər.
İnfeksiyalar, müalicə edilməzsə, sonsuzluq kimi irəlidə çox ciddi problemlərə səbəb ola bilir. Üst genital qədər çıxan bu bakteriyalar pelvis içində infeksiyaya səbəb olur. Bunlar da şarların tıxanmasına, rəhm içində toxuma itkisinə yol aça bilir.


/Mənbə: Qadınlar.biz/



(səs: 1)
Şərhlər: 5
Baxılıb: 8 185
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri