Kosmetik masajın növləri

Müəllif: C_E
Şərhlər: 0
Baxılıb: 6 666
Səs ver:
(səs: 2)
Masajın müxtəlif növləri var. Bu dəfə sizə kosmetik masajı təqdim edirik. Bu masaj növü ancaq lokal xarakter daşıyır. Normal dərinin tez qocalmasının qarşısını almaq üçün, bəzi kosmetik çatışmazlıqlar, xəstəliklər zamanı tətbiq edilir.
masajın 3 növü var: müalicəvi, gigiyenik, plastik.
 
Müalicəvi masaj. Müalicəvi masajın məqsədi müxtəlif zədələri və xəstəlikləri müalicə etməkdir. Onun tətbiqi orqanizmdəki funksional pozuntuların xarakterindən asılı olaraq dəyişir. Bu masajın özünəməxsus metodikası, göstərijisi var. Müalicəvi masaj fizioterapevtik müalicənin ən məşhur və effektli metodlarından biri olaraq, həm ümumi, həm də lokal olur. Müalicəvi masajın təsiri çoxşaxəlidir: ürək-damar sistemini möhkəmləndirir, qan dövranını, ürəyin işini yaxşılaşdırır, stress, yorğunluq, durğunluğu və psixoemosional həyəcanı aradan qaldırır, oynaq və dayaq-hərəkət aparatına müsbət təsir göstərir, mərkəzi və periferik əsəb sisteminə xeyirlidir, maddələr mübadiləsini yaxşılaşdırır, sağlamlığı möhkəmləndirir, immuniteti stimullaşdırır. Həkimlərin tətqiqatları göstərir ki, başın, boynun və belin müntəzəm masajı 100 nəfərdən 60-da xroniki yorğunluq, depressiya, başağrısı və hipertoniya (yüksək qan təyziqi) kimi xəstəlikləri tamamilə aradan qaldırır. Müalicəvi masaj müxtəlif xəstəliklərin profilaktikası üçün həm sağlam adamlara, həm də bronxial astma, radikulit, iflic, osteoxondrozdan əziyyət çəkən xəstələrə çox kömək edir.

Gigiyenik masaj- əsasən vaxtından əvvəl üzdə əmələ gələn qırışların, şişkinliklərin aradan qaldırılması üçün tətbiq olunur. Masajist-kosmetoloq bu masajı, adətən yüngül toxunma hərəkətlərilə başlayır, getdikcə daha dərin priyomlar işlədir. Gigiyenik masajın daha effektli olmasını istəyirsinizsə, masajdan əvvəl isti duş qəbul edin, bu mümkün olmadıqda isə heç olmasa, üzünüzə buxar vannası edin. Buxarın təsirindən dəridə yığılıb qalmış artıq piylər üzə çıxır, masaj vasitəsilə tamamilə təmizlənir. Gigiyenik masajın profilaktik, sakitləşdirici, bərpaedici və özünümasaj kimi dörd növü var. Uzunmüddətli əqli və fiziki yüklənmədən sonra gigiyenik masaj yolu ilə orqanizmin iş fəaliyyətini bərpa etmək olar. Bu masaji həm ayrılıqda, həm də müalicəvi idmanla birlikdə tətbiq etmək olar. Damar genişlənməsi, qanaxma, limfotik vəzlərin soyuqdəyməsi, vərəm, qanqrena kimi xəstəliklər zamanı gigiyenik masajdan istifadə etmək olmaz.

Plastik masaj, adətən 30 yaşdan sonra dəri solmağa başlayan vaxtda məsləhət görülür. Bu masaj təkcə dəriyə və uzun əzələ sisteminə deyil, həmçinin dərialtı piy hüceyrələrinə, limfa və qan damarlarına da təsir edir. Plastik masaj gözəçarpan qocalma nişanəsini aradan qaldırmaq üçün həyata keçirilir. Bundan başqa, vərdişdən doğan və ya sənəti ilə bağlı əmələ gələn həddən artıq hərəkətli mimika əzələlərini qaydaya salmaq üçün də plastik masacdan istifadə edilir. Plastik masaj talkın (texnikada və təbabətdə işlədilən yağlıtəhər yumşaq ağ toz) köməyi ilə isti kompres olmadan edilir. Masajdan sonra üzu dəriyə uyğun gələn losyon və ya ot dəmləməsi ilə silir, 30-40 dəqiqə müddətinə maska qoyulur. Maskadan sonra mütləq soyuq kompres etmək lazımdır. Masajın müddəti 15 dəqiqədir. Həftədə 1-2 dəfə olmaqla 10-25 seans təyin edilir. İl ərzində 2-3 kurs keçirilir. Hərdən plastik masajı gigiyenik masajla növbələmə yolu ilə aparmaq da məsləhət görülür.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 6 666
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri