Qadınlarda menstruasiya ağrıları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 8 000
Səs ver:
(səs: 1)

Hər bir qadında menstruasiya vaxtı ya şiddətli, ya da yüngül dərəcəli ağrılar özünü biruzə verir. Bu ağrılar qanamaların normal səviyyədə olması üçün uşaqlıq sıxılmalarının yaratdığı ağrılardır. Ancaq bu ağrılar hər qadında fərqli olur. Hətta bəzi qadınlarda baş verən şiddətli ağrılar onların yaşamlarına da təsir edə bilər.


 

Sancılı aybaşıya səbəb ola biləcək hallar hansılardır?                                             

Qadınların hamiləlikdən qorunmaq üçün istifadə etdikləri spirallar aybaşının ağrılı keçəməsinə səbəb olur.                                                                                                                                    

Endometrioz                                                                                                     

Aybaşı dönəminin ağrılı keçməsinin digər səbəbi endometriozdur. Endometrioz cütlüklərin uşaq sahibi olmasına mane olan bir xəstəlikdir. Aybaşı ağrılarına səbəb olan uşaqlıq ağzındakı iltihabi xəstəliklər sonsuzluqla nəticələnə bilər. Müalicədən sonra müsbət nəticə əldə edilməsə, uşaq sahibi olmaq üçün lazım olan digər müalicəvi tədbirlər görülür. Bu xəstəliyin erkən diaqnozu və tez bir zamanda müalicəsi uğur qazanmaq baxımından çox önəmlidir.                                                  

Əlamətləri nədir?                                                                                                      

Ağrılar menstruasiyadan bir gün öncə başlayır. Menstruasiya başladığı ilk gün ağrı artır və aybaşının son gününə kimi az da olsa davam edir. Aybaşı ağrısı ilə yanaşı, ürək bulanma, baş və bel ağrısı da ola bilər. Ağrıların şiddətinin artması ürək getmələrə də səbəb ola bilər.                                                                                 

Ağrılar necə müalicə edilir?                                                          

Əgər ginekoloji müayinə zamanı sancıya səbəb olan problem aşkarlansa, bu problemi aradan qaldırmaq lazımdır. Müalicə lazımı səviyyədə həyata keçirilməsə, uğur əldə edilə bilməz. Müalicə nəticə verməsə, ağrıkəsici vasitəsiylə ağrılara  son qoymaq olar.                                                                                                                                 

Qızlıq dövründə baş verən menstruasiya dönəmində ağrılar yüngül olur. Menstruasiyadan sonra davam edən ağrılar ikinci dərəcəli olduğundan bu, ciddi pataloji problemdən irəli gələ bilər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 8 000
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri