Qorxunc statistika: Qadınlarda son 10 ildə sonsuzluq artıb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 174
Səs ver:
(səs: 1)

Ginekoloq: "Sonsuzluq artıb, süni mayalanmaların 60-70 faizi baş tutmur”

 

"Qadınlar arasında sonsuzluq halları artıb. Son 10 ildə əvvəlki illərlə müqayisədə bu problem daha qabarıq şəkildə özünü göstərir. Sonsuzluq daha çox endokrinoloji, yəni hormon pozğunluğu problemi ilə bağlıdır”.

 

Bu barədə ginekoloq, Azərbaycan Tibb Universitetinin mamalıq ginekologiya kafedrasının dissertantı Səidə Cəfərova bildirib. Onun sözlərinə görə, sonsuzluq həm qadın, həm də kişi mənşəli olur: "Yəni bu, həm qadın xəstəlikləri, həm də kişi faktoru ilə bağlı ola bilər. Qadınla bağlı sonsuzluq neyrohumoral, endokrinoloji pozğunluq və boru faktorları nəticəsində ola bilir. Boru faktoru həm infeksiya, həm də keçirilmiş əməliyyatlar nəticəsində əmələ gələn bitişmələrdən olur. Bu səbəbdən əmələ gələn sonsuzluğu laparoskopik əməliyyat yollu ilə açmaq mümkündür. Bu baxımdan xəstə güclü infeksiyalara görə analiz olunmalıdır. Bilmək lazımdır ki, hansı güclü infeksiya fonunda boru keçiciliyi tutulub. Bundan sonra həmin infeksiyalara görə müalicə təyin edilməli, müalicədən sonra isə boruların keçiciliyini bərpa etmək lazımdır”.

 

Ginekoloq bildirib ki, sonsuzluğa qarşı təyin edilən müalicələr nəticə vermədikdə laparoskopik əməliyyat yolu seçilir: "Bu yolla həm bitişmələr ayrılır, həm də borunun keçiriciliyi bərpa edilə bilir. Bu üsulların heç biri nəticə vermirsə, deməli, təbii mayalanmadan söhbət gedə bilməz, qadında süni mayalama həyata keçirmək lazımdır”.

 

Endokrinoloji faktorlardan danışan S.Cəfərova qeyd edib ki, bu səbəbdən asılı olan sonsuzluqda əsas rolu qalxanvarı vəz oynayır. Qalxanvari vəzin funksiyasının pozğunluğu nəticəsində hormonal dəyişikliklər baş verir və bu zaman triyod hormonlar qalxır: "Bu hormonun qalxması digər ginekoloji hormonların pozulmasına gətirib çıxarır. Qadında kişi hormonları artır. Endokrinoloji faktorlar əsasən, sinir sistemi və qidalanma ilə bağlı olur. Ana olmağa hazırlaşan qadınlarda sinir sistemi sakit olmalıdır. Bundan başqa qalxanvari vəzinin profilaktik yoxlanılması həyata keçirilməlidir. Bizə müraciət edən qadınların 70 faizində demək olar ki, qalxanvari vəzində problem, ya da polikistoz var. Bunun səbəbi, 12-13 yaşlarda, sklin başlanması dövründə, yaranan problemlərlə bağlı həkimə müraciət etməməkdir. Bu, ən çox da rayon əhalisində müşahidə olunur, nədənsə, qız uşaqlarını həkimə gətirməkdən çəkinirlər. Şəhər əhalisi nisbətən aktivdir. Disfunksiyalar zaman keçdikcə daha ağırlaşmalar əmələ gətirir. Ana olmağa hazırlaşan qadınlar həm ginekoloji yoxlamadan keçməli, həm də qalxanvari vəzini yoxlatmalıdır”.

 

S.Cəfərova bu problemlərdən çıxış yolu kimi qadınların tələsərək süni mayalanmalara üstünlük verməsini düzgün hesab etmir: "Qadınlar müalicədən nəticə görməyən kimi tez süni mayalanmaya gedirlər. Amma onlar anlamırlar ki, əgər təbii mayalanma alnmırsa, deməli, buna səbəb olan hansısa faktorlar var. Süni mayalama zamanı da həmin problemlər hamiləliyin inkişafına mane olacaq. Elə buna görədir ki, süni mayalanmaların 60-70 faizi baş tutmur. Hamiləlik ya inkişafdan qalır, ya da düşüklər baş verir”.

(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 174
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri