Cinsi sağlamlığınız üçün bir neçə addım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 795
Səs ver:
(səs: 1)
Əhəmiyyət vermədiyiniz göbələklər və daha bir çox problem cinsi həyatınıza mənfi təsir edə bilər. Sağlam və xoşbəxt bir cinsi həyat üçün bu təkliflərə diqqət yetirin!

Ginekoloqunuzla görüşün
Bəzi qadınlar fərqli sidik kanalına sahibdir. Məsələn sidik kanalı vajinaya yaxın ola bilir. Bunun nəticəsində də bakteriyaların içəri girməsi asanlaşır. Belə bir anatomiyaya sahibsinizsə, fərdi gigiyenanıza daha çox diqqət yetirməlisiniz. Məsələn tualet ehtiyacını qarşıladıqdan sonra arxaya doğru təmizləməməniz və əllərinizi hər tualet sonrası yumanız lazımdır.

Genital bölgəniz quru qalsın
Göbələk ilə digər bakteriyaların nəmli və isti mühitlərdə daha asan törəmələri səbəbiylə genital bölgənizin quru qalması, sağlamlığınız baxımından çox əhəmiyyətlidir. Reyonlarda sərgilənən seksual iç paltarlar dərhal hamımızın gözlərini qamaşdırsalar da, siz yenə də sağlamlığınızı qorumaq üçün neylon yerinə pambıqlı olanlarını seçin. Paltarınızın dar olmamasına da diqqət yetirin. Təbii ki, eyni qayda şalvarınız və corabınız üçün də etibarlıdır.

Gərəksiz yerə ağrılar içində qıvrılmayın
Xarici genital bölgədə ağrı hiss edirsiniz? Qadınların yüzdə 15-də görülən və vulva ağrısı olaraq adlandırılan bu problem, keçmişdən həkimlər tərəfindən çarəsiz olaraq xarakterizə ediyər, hətta "psixoloji" olaraq adlandırılıb, ciddiyə alınmazdı. İndiki vaxtda isə xroniki ağrılar arasında qəbul edilən vulva ağnsı dərmanlar və akupunkturla müalicə edilə bilir.

Topuqlarınız üzərində yüksəlin
Topuqlarınız üzərində yüksəlmə məşqləri, pelvik döşəmə əzələlərinizə elastiklik qazandırır. Beləliklə orgazma çatmanız da asanlaşır. Ayaq biləyini gərmə hərəkəti olaraq adlandırılan bu məşqi etmək üçün topuqlarınızı döşəmə üstündə düz basmanız və ayaq barmaqlarınızı yuxarı gərməniz kafidir. Mütəxəssislər elastik bir pelvis döşəməsi üçün bu məşqi gündə 8-10 dəfə təkrarlamanızı təklif edir.

Stressdən uzaq durun
Mütəxəssislər stress altındakı qadınların regl dövrlərini, sakit həyata sahib olan və stresssiz bir həyat yaşayan qadınlardan iki qat daha ağrılı keçirdiklərinə diqqət çəkir. Bunun olabiləcək səbəbi isə stress səbəbindən yüksələn prostaglandin (müxtəlif toxumalarda olan və yağ turşularının törəməsi olan yağ mənşəli bir maddə) istehsalının, ağrılı kramplarına təsir göstərməsidir. Bu artım xüsusilə regl dövrünün ilk bir neçə günündə görülür. Bu səbəbdən, siz də heç olmazsa regl dövründə stressdən uzaq olmağa çalışın.

Allergiya testi etdirin
Vajinal bölgənizdə, yalnız regl dövrü əsnasında inkişaf edən bir qaşıntınız var? Cavabınız bəlidirsə o zaman sizin probleminiz allergiya ola bilər. Qoxulu bezlər vajinanın həssas dərisində qaşındıya səbəb ola bilir. Köpüklü duş qəbul etmək və bu bölgəni qoxulu sabunla yumaq da allergiyanı sürətləndirə bilir. Siz qoxulu məhsullar istifadə etməyin. Problem ortadan qalxsa, günahkarı tapmısınız deməkdir.

Pəhrizinizi nəzərdən keçirin

Aparılan araşdırmalar, həftədə  4-6 dəfə toyuq yeyən qadınların sidiyə daha meylli olduğunu göstərir. Bu problemə toyuqda olma ehtimalı olan E qolu bakteriyasının səbəb ola biləcəyi düşünülür. Teksas Universiteti Southwestern Medical Centerde edilən bir araşdırma; diyeta içkilərindəki maddələrin, dəridə qaşınmaya yol aça biləcəyini və sidik tuta bilməmə çətinliyini artıra biləcəyini ortaya qoyur. New York Long Island Jewish Medical Center də edilən araşdırmada isə gündə 2 dilimdən çox ağ çörək qəbul etmənin, məzmunundakı  karbonhidratın qan şəkəri səviyyəsini yüksəltməsi səbəbiylə göbələyə daha uyğun bir şərait hazırladığını ifadə edirlər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 795
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri