Prezervativin istifadəsi haqqında

Yeniləndi: 9-05-2014, 00:35
Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 40 324
Səs ver:
(səs: 4)
Yaddan çıxarmayın ki, prezervativlər 92% hallarda CYYİ-dan və arzuolunmaz hamiləlikdən qoruyur.
1. Prezervativin qabını çox ehtiyatla açmaq lazımdır.
2. Prezervativi əvvəlcədən açmayın.
3. Prezervativi yalnız tam ereksiya olanda, cinsi əlaqədən əvvəl taxmaq lazımdır.
4. Prezervativin ucunu iki barmaqla sıxmaqla taxmaq lazımdır ki, orada hava qalmasın.
5. Hələ açılmamış prezervativi cinsi üzvün başına keçirib ehmakca açmaq lazımdır. Bu zaman onun ucunda sperma üçün yer qalır.
6. Eyakulyasiyadan dərhal sonra cinsi üzvdən çıxarılmalıdır. Bunun üçün prezervativ bir əllə tutulmalıdır.
7. Prezervativi bir dəfə istifadə edin.
8. İki prezervativdən eyni vaxtda istifadə etməyin. Onlar cırıla və ya çıxa bilər.
9. İstifadədən sonra prezervativi düyünləyib (unitaza və ya pəncərədən bayıra yox) zibil qabına atmaq lazımdır.

Bundan əlavə:
* Prezervativ bütün cinsi əlaqə növlərində istifadə olunmalıdır.
* Prezervativləri aptekdən almaq lazımdır.
* Prezervativi alarkən onun istifadə müddətinə baxmaq lazımdır. Əgər üstündə yalnız buraxılış tarixi varsa, deməli onu növbəti 5 il ərzində istifadə etmək olar.
* Prezervativin üzərində "elektronika ilə yoxlanılmışdır" sözləri yazılmalıdır.
* Kişi prezervativlətdən başqa qadın prezervativi də mövcuddur. Amma qadın prezervativi bahalı, narahat və "səsli-küylü" olduğuna görə az istifadə olunur.
(səs: 4)
Şərhlər: 1
Baxılıb: 40 324
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri