Stress cinsi sağlamlığa mənfi təsir edir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 19 316
Səs ver:
(səs: 13)
Britaniya alimlərinə görə, ölkə vətəndaşlarının həyatında stres əmsalı artdıqca onların sekslə məşğul olmaq həvəsi azalır.

"Lancet" elmi dərgisində dərc edilmiş rəy sorğusunun nəticələrinə əsasən, son illərdə ölkə vətəndaşlarının üzləşdiyi maliyyə problemləri və eləcə də sosial şəbəkələrə aludəçilik onların seksual həvəsinin azalmasına gətirib.
15 min britaniyalının iştirak etdiyi rəy sorğusunun nəticəsinə görə, 16-44 yaş həddində insanlar sekslə ayda 5 dəfədən az məşqul olur.

1990-91 və 1999-2001-ci illərdə keçirilmiş sorğunun nəticələrinin müqayisəsi son illərdə britaniyalıların seksual həvəsinin azaldığını təsdiq edir.
10-20 il bundan əvvəl britaniyalılar orta hesabla sekslə ayda 6 dəfədən artıq məşğul olurdular.

Ekspertlərin qənaətincə, müasir həyat tərzinin stresi və sosial şəbəkələr, smartfon, tablet kimi cihazlar britaniyalıların seksuallığına mənfi təsir göstərir.
London University College-in əməkdaşı doktor Cath Mercer-in təbirincə, "insanları iş yerinin itirilməsi, maliyyə problemləri narahat etməkdədir, bu səbəbdən onlar seks barədə düşünmək əhvalında deyillər".

"İnsanlar yataq otağına smartfon və tabletlə yollanırlar, Twitter, Facebook, elektron poçt qutusunu nəzərdən keçirmədən yuxuya getmirlər," doktor Cath Mercer deyib.

Alimin qənaətincə, 16-44 yaş həddində olan bəzi cütlüklər seks əvəzinə internetdə pornoqrafik materiallara baxmaqla da kifayətlənir.

Aktiv kişilər
Seksual həyat barədə suallar sorğu gedişində yaşlı insanlara da verilib.
Rəy sorğusunun nəticələrinə görə, 65-74 yaşlarında qadınların 42 faizi və kişilərin 60 faizi son il ərzində seksual münasibətlərdə olduqlarını qeyd etsələr də, bu sahədə onların fəallığı ayda 2,3 dəfə kişilər və 1,4 dəfə qadınlar üçün aşağı olub.

Bu cəhətdən 25-34 yaşlarında kişilər ən aktiv yaş qrupu olub: onlar orta hesabla ayda 5,4 dəfə sekslə məşğul olublar.
Qadınlar arasında 1-ci yerdə 16-24 yaş qrupudur - onlar sekslə ayda orta hesabla 5,8 dəfə məşğul olublar.

Orta statistik qadının ömründə 7,7 partnyoru olub, kişilər üçün isə bu göstərici 11,7-dir.
Suallardan birində son 5 il ərzində seksə görə pulun ödənməsi soruşulub.
Qadınlardan, demək olar ki, heç kim bu suala "hə" demədiyi halda, kişilərin 3,6 faizi həmin suala təsdiqləyici cavab verib.

Digər bir sual isə zor gücünə sekslə məşğul olmağa məcbur edilmə barədə olub.
Rəy sorğusu iştirak etmiş qadınlardan hər 10 nəfərdən biri bu suala müsbət cavab verib, kişilərdə isə bu suala hər 70 nəfərdən biri "hə" cavabı verib.
Lakin zorlama qurbanı olanlardan yalnız yarıdan azı bunu dilə gətirməyə cürət edib, polisə isə bu barədə şikayət edənlər qadınlar arasında 13 faiz, kişilər arasında isə 8 faiz təşkil edib.
(səs: 13)
Şərhlər: 3
Baxılıb: 19 316
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri