Cinsi xəstəliklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 485
Səs ver:
(səs: 0)
Cinsi əlaqələr haqqında bilinməyən bir çox fərqli faktor var. Bunların ən başında qadınların cinsi əlaqədə orgazm olmadan təqlid etdikləri bir həqiqətidir. Sırf partnyorunu cinsi əlaqədə xoşbəxt edə bilmək üçün orgazm olmuş təqlidi edən qadınların nisbəti 10 adamdan 6 olaraq təyin olunmuşdur.
Bununla yanaşı cinsi yol ilə keçən QİÇS xəstəliyinə qadınların kişilərdən daha az yoluxduğu bilinməyən bir gerçəkdir. Xüsusilə qadınların yaz-yay aylarında cinsi əlaqə üçün daha rahat və istəkli olduqları da bilinən bir gerçəkdir. Yaz aylarında qanın daha hərəkətli olması qadınların cinsi əlaqəyə görüşlərini və istəklərini dəyişir.

Qadınların doğum idarə həbi kimi hamiləliyi önləyən həblər istifadə etməsi cinsi əlaqədə istəyin azalmasına və hətta yox olmasına da səbəbdir. Prezervativin tamamilə hamiləliyi önlədiyini düşünsələr də 100-dən 3%-lik bir hamilə qalma nisbəti olduğunu da unutmayın. Qadınların həyatı boyun 4 kişi ilə əlaqəyə girmə ehtimalı düşünülərkən, kişilərdə bu say ən azı 7-yə qədər yüksəlir.

Cinsi yolla bulaşan xəstəliklər daha çox kimlərdə görülür?
Cinsi yolla keçən xəstəliklərə kişilərin qadınlardan çox yoluxduğu danılmaz bir həqiqətdir. Çünki kişilər nəfsinə hakim olmaqdan bir az uzaqdır, buna görə də həyatları boyu bir qadınla kifayətlənmir və bir neçə qadınla birlikdə olurlar. Bu da öz növbəsində onların QİÇS kimi bir çox ciddi xəstəliyə yoluxmalarına səbəb olur.

Mikrobun düşdüyü hər orqanizmdə mütləq xəstəlik olurmu?
Bu sualın cavabı əslində hər zaman "bəli" deyil. Mikrob bədənə daxil olduqdan sonra illər boyu heç bir narahatıq vermədən səssizcə bədəndə yaşaya bilir. Belə insanlarda xəstəliyindən xəbərdar olmadan özlərindəki bir xəstəliyi çox asan bir şəkildə başqa bir insana yoluxdura bilərlər. Yaşadığımız dövrdə son illərdə kiçik yaşlarda cinsəl əlaqəyə başlanma, evlənmədən öncə əlaqədə olma, prezervativdən istifadə etməmək cinsi yolla bulaşan xəstəlik riskini 100-dən 80% artırır. Günümüzdə cinsi yolla bulaşan 40-dan çox xəstəlik var. Cinsi yolla bulaşan xəstəliklər əslində bütün dünyanın savaşdığı bir problemdir. Hər il dünyada 250 milyondan çox insanın bu cür xəstəliklərə yoluxduğu təxmin edilir.

Dünya Sağlamlıq Təşkilatının hazırladığı hesabata görə, cinsi yolla bulaşan xəstəliklər, ölüm səbəbləri siyahısında ilk 5-likdə iştirak edir.
Cinsi əlaqənin bilinməyən tərəfləri

Bu şikayətlərlə qarşılaşan bir insan nə etməlidir?
Bu cür problemdən şübhələlnən qadınlar dərhal ginekoloqa müraciət etməli, kişilər isə uroloji klinikalara müraciət etməlidir.

Xəstəliklərin diaqnozu çətindirmi?
Günümüzdə istifadə edilən son model tibbi cihazlar xəstəliyin diaqnozunu qısa bir zamanda verə bilər. Cinsi yoldan bulaşan bir çox xəstəliyin müalicəsi də mümkündür.

Müalicəsi varmı?
Cinsi yolla bulaşan bir çox xəstəliyin müalicəsi var. Bir tək QİÇS-dən başqa. Digər xəstəliklər dərman vastəsilə aradan qaldırıla bilir. Çox təəssüflər olsun ki, cinsi yolla bulaşan xəstəliklərdən qorunma və müalicə haqqında cəmiyyətin çox az məlumatı var hətta düzün desək heç yox səviyyəsindədir. Bu cür xəstəliklər nəinki birlikdə olan 2 insanın həyatını risk altına alır, hətta onlardan dünyaya gələcək körpələrin də həyatına mənfi təsir göstərir.

Unutmayın! Cinsi xəstəlikləri bir problem halına gətirib özünüzə qapanmaqdansa, bir mütəxəssisə müraciət edib probleminizə həll yolu axtarın.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 485
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri