Bunlar cinsəl sağlamlığa təsirlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 8 637
Səs ver:
(səs: 2)
Bildiyimiz kimi bəzi qidalar var ki, cinsəl sağlamlığa yaxşı təsir göstərir. Xüsusilə quşqonmaz bitkisi cinsiyyət üzvlərinə faydalı hesab olunur.
Qırmızı bibər isə xoşbəxtlik hormonu olan endorfinin istehsalına kömək edir.

Aşağıdakı qidalar da cinsəl sağlamlığa daha çox təsir göstərən qidalar sırasındadır:

Şokolad - Tərkibində olan seratonin və fenetilamin maddələri ilə yüngül cinsi istək yaradır;

İstridyə - Məlumata görə bu qidaya testosteron istehsalını artıran yüksək sink səviyyələri daxildir. Bildiyimiz kimi testosteron həm də libidonu yüksəltməyə kömək edir;

Banan - Tərkibindəki mineral, dəmir, lif, maqnezium və C vitamini sayəsində spermanı artırmağa təsirlidir;

Ərik - Mütəmadi qəbul edildiyində həzm sisteminin yaxşı işləməsinə kömək edir. Əzələlərin, beynin nizamlı işində və cinsi gücü artırmaqda əhəmiyyətli meyvələrdən biridir. Tərkibində A vitamini və kalium olduğu bildirilir;

Əncir -
Bu meyvədə şəkərin yüksək səviyyədə olması, cinsəl sağlamlığa mənfi təsir göstərmir və cinsəl gücü artırmağa kömək edir;

Kök - Cinsi gücü artırmaqla insanı güclü və qüvvətli edir. Təkibində A vitamini də var;

Mərcimək və quru paxlalılar - Cinsəl sağlamlığa yaxşı təsir göstərir. Tərkibində zülal, yağ, karbohidrat, B1 vitamini, natrium, kalsium, dəmir, və müxtəlif minerallar var. Mərcimək və quru paxlalılar həmçinin zəka inkişafına da kömək edir;

Fındıq -
Bu çərəz faydalı komponentlərlə zəngindir. Enerji verir və cinsi gücü artırır.

Bəhməz - Tərkibində olan dəmir sayəsində bədəndə olan qırmızı qan hüceyrələrinin birləşməsində iştirak edir, oksigeni daşıma funksiyasını yerinə yetirir və insanı enerji ilə təmin edir. Cinsi gücü artıran bəhməzdə dəmir mineralından əlavə kalsium və potasium vardır;

Sarımsaq - İnsana canlılıq verir, qadın və kişidə cinsi gücü artırır. Tərkibi A1, C, B1 və bol miqdarda sulfid turşuları ilə zəngindir;

Yuxarıda qeyd olunan qidalar, şəfalı meyvələr, bitkilər, paxla məhsulları, çərəzlər daha çox endorfin hormonunu artırmağa və testesteronu yüksəltməyə təsirlidir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 8 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri