Heç istəmir? Çarəsini tap, istəyər!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 253
Səs ver:
(səs: 0)
Statistika sorğularının nəticəsinə görə, situasiya impotensiyası (yorğunluq, özünə inamsızlıq, alkoqoldan sui-istifadə və s. səbəbindən ereksiyanın müvqəti yoxluğu) arabir kişilərin 99,9 % narahat edir. Qalan 0,1 % də belə hallarla qarşılaşır. Sadəcə, onlar bunu etiraf etmirlər.

Cinsi əlaqədən həzz almanın mümkünsüzlüyü, frigidlik son zamanlaradək yalnız qadınlara aid edilirdi. Lakin son onilliklər ərzində həyat tərzi elə dəyişib ki, kişilər də bu sayaq vəziyyətə düşürlər.

Müalicə olunaq, yoxsa özü düzələr?
Bu gün yorulmuşam, sabah həvəsim yoxdur, o biri gün doyunca yatmaq lazımdır deyərək cinsi həyata barmaqarası baxmaq niyə olmaz? Çünki bunun da bir neçə səbəbi var. Əgər uzun müddət seksdən imtina etsəniz, bu zaman:

- Orqanizmin bütün sistemlərinin fəaliyyətini pozan, immuniteti zəiflədən və xroniki xəstəliklərin kəskinləşməsinə aparıb çıxaran hormonal disbalans baş qaldırır;

- Qana təbii antidepressant sayılan endorfin və serotinin xeyli az daxil olunduğundan kişi streslərə, depressiyalara, xroniki yorğunluq sindromlarına qarşı müqavimət göstərmək qabiliyyətini itirir;

- Unudulmuş və tələbatsız qalmış xəyallar get-getdə daha pis işləməyə başlayır, testosteron qana da az daxil olur və nəticədə kişi zəifləyir: sümükləri nazikləşir, piylənmənin hesabına bədənin kütləsi artır, əzələlər boşalır.

Çətin ki, hansısa qadın sevdiyi kişinin üç aydan bir, özü də candərdi, bu prosesə dərin ikrah hissi ilə ona yaxınlaşmasına biganə qalsın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri