Menstruasiya dövründə cinsi həyat

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 4466
Paylaş:
Səs ver:
(səs: 0)
Bəzi günlər seksdən zövq alarkən, bəzi günlər adını belə eşitmək istəmirsiniz. Bunun səbəbi psixoloji vəziyyətinizlə deyil, menstruasiya ilə əlaqəlidir.
Cinsi həyatınızda yaşanan nizamsızlığa menstruasiya dövrünün səbəb olduğunu bilirsinizmi?
 
Bildiyiniz kimi, menstruasiya hər qadında 28 gündən bir yaşanan haldır. Bu dövr zamanı qadın orqanizmi və psixologiyası hormonlara uyğun dəyişir. Əlbəttə, cinsi istəyimizin həddi də. Bəs seks və menstruasiya dövrü arasında nə kimi əlaqə var?
 
Menstruasiyanın ilk 1-5-ci günləri hormon səviyyəsindəki azlıq, orqanizm və psixologiyamıza təsir göstərir. Bu zaman esterogen əskikliyi qadının dərisinin solğun, saçlarının daha cansız, əhvalının pis olmasına yol açır. Qadının dərisi yağlanır və sızanaqlar peyda olur. Qan itkisi ucbatından yorğun olur, bəzən də qarın ağrılarından şikayət edən qadın özünü seksə hazır hiss etmir.
 
Aybaşının 6-12-ci günlərində qadını super bir həftə gözləyir. Bu zaman esterogen səviyyəsi artır və qadın özünü yaxşı hiss edir. Bədəninin bu zaman bir tək məqsədi olur, o da hamilə qalmaq. Saçlar parıldayır, dərisi qızarır, bütün duyğular hərəkətə keçir, immunitet sistemi güclənir və seksə daha həvəsli olurlar.
 
13-15-ci günlər arası qadınların fikri-xəyalı ancaq yataqda olur. Bu dövrdə qadının esterogen səviyyəsinin artımı ilə ətrafa yaydığı gözəl qoxu belə, onu daha cazibədar göstərir. Cinsəllikdən aldığı zövq yüksəlir və özünü enerjili hiss edir. Bu dövrdə idman etməyin faydası böyükdür, çünki artan esterogen yağ yanmasını asanlaşdırır.
 
16-28-ci günlər arasında qadın əvvəl rahatlayır, sonra narahat olur. Səbəb isə  esterogen səviyyəsinin enməsi və uşaqlığı hamiləliyə hazırlayan progesteron səviyyəsinin qalxmasıdır. Progesteron qadını rahatladır,  bədəndəki suyu tutub saxlayır və nəticədə qadının sinəsi yekələrək, ağrımağa başlayır.
Menstruasiyadan əvvəl progesteron aşağı düşür və aybaşı sindromu ortaya çıxır. Bu dövrdə qadın seksdən uzaqlaşır.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 4466
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv