Prezervativ dedikdə, çox vaxt insanlar sanki çox ayıb bir söz işlədirlərmiş kimi utanırlar. Amma əslində isə normal düşüncə ilə yanaşıldığı halda burda utanılası və qeyri-adi heç nə yoxdur. Əksinə prezervativ bir çox neqativ halların qarşısını almaqda yardımçı olur. Bura müxtəlif xəstəliklər, arzuolunmaz hamiləlik və s. aiddir. Belə ki, prezervativlər 92% hallarda CYYİ-dan və arzuolunmaz hamiləlikdən qoruyur. Bəs görəsən, prezervativdən düzgün istifadə necədir? Bu dəfə bu sualı cavablandırmağa və cinsəllik mövzusunda maarifləndirmə işi davam etdirməyə çalışacağıq:
İlk əvvəl diqqət ediləsi məqamlar:
Prezervativ bütün cinsi əlaqə növlərində istifadə olunmalıdır.
Prezervativləri aptekdən almaq lazımdır.
Prezervativi alarkən onun istifadə müddətinə baxmaq lazımdır. Əgər üstündə yalnız buraxılış tarixi varsa, deməli onu növbəti 5 il ərzində istifadə etmək olar.
Prezervativin üzərində "elektronika ilə yoxlanılmışdır” sözləri yazılmalıdır.
Kişi prezervativlətdən başqa qadın prezervativi də mövcuddur. Amma qadın prezervativi bahalı və narahat olduğundan daha az istifadə edilir.
İstifadə qaydaları:
Prezervativin qabını çox ehtiyatla açmaq lazımdır.
Prezervativi əvvəlcədən açmayın.
Prezervativi yalnız tam ereksiya olanda, cinsi əlaqədən əvvəl taxmaq lazımdır.
Prezervativin ucunu iki barmaqla sıxmaqla taxmaq lazımdır ki, orada hava qalmasın.
Hələ açılmamış prezervativi cinsi üzvün başına keçirib ehmakca açmaq lazımdır. Bu zaman onun ucunda sperma üçün yer qalır.
Eyakulyasiyadan dərhal sonra cinsi üzvdən çıxarılmalıdır. Bunun üçün prezervativ bir əllə tutulmalıdır.
Prezervativi bir dəfə istifadə edin.
İki prezervativdən eyni vaxtda istifadə etməyin. Onlar cırıla və ya çıxa bilər.
İstifadə etdikdən zibil qutusuna tullamaq.