Cinsi həyatın ən böyük düşmənləri!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 364
Səs ver:
(səs: 0)
Hər cüt həyatının hər hansı bir dövründə ən az bir cinsi funksiya pozuqluğu problemi yaşayır. Vaginismus problemi yeni evli cütlərdə ən azı  30 %  yaşanmaqda, orgazm problemi yaşayan qadınlar haradasa 50%, kişilərdə erkən boşalma problemi 40%, hər yüz cütün təxminən 35%-i uşaq sahibi olmaqda çətinlik çəkir.

Bu artımın fiziki, ruhi səbəbləriylə birlikdə, cinsi təhsilin əskikliyiylə, ictimai problemlərlə və daha bir çox şeylə əlaqəsi var.

Bunlara "Cinsi həyat düşmənləri" deyə bilərik.

Piylənmə, yüksək qan təzyiqi,  1 və 2-ci tip şəkər xəstəliyi, yüksək LDL (pis) xolesterol, aşağı HDL (yaxşı) xolesterol, səhv dərman istifadəsi, psixiatrop dərmanlar, balanssız və sağlıqsız qidalanma tərzi, hərəkətsiz bir həyat, həddindən artıq gərgin, əsəbi, narahat ruh halı, qayğı pozuqluqları, stress, depressiya, psixiatrik problemlər, siqaret, spirt, narkotik və doping dərmanlar, hormonal balanssızlıq,

qeyri-kafi cinsi təhsil, səhv cinsi təcrübələr, qorxular, ünsiyyət problemləri, ailə problemləri, şiddət...



Problemləri  aradan qaldırmaq üçün nələr edilə bilər?

- Yaşanan bir çox cinsi problemin altında cinsi məlumat azlığı, səhv inanclar, qeydlər və ünsiyyət problemləri yatmaqdadır. Adam özünə kömək müddətində bütün bunların öhdəsindən gələ bilər. Məlumatları düzəltdikcə, davranışlar dəyişdikcə, qorxular yox olduqca cinsi problemlər də düzələcək.



- Yaşanılan cinsi problemin altında yata biləcək orqanik səbəblər araşdırılarkən mütləq psixoloji əhvala nəzarət edilməlidir.



- Doğru qidalanma, doğru dərman istifadəsi, siqaret, spirt istifadəsini bitirmək və nizamlı idman etmək əhəmiyyətlidir.



- Yaşadığınız problemlər nə olursa olsun həllə fokuslanmaq və həll yollarını sınamaq lazımdır.



- Problemlərinizi mütəxəssislərə məsləhətləşərək həll yollarını birlikdə axtarmalısınız.



- Həyat yoldaşınızla bir-birinizə dəstək olaraq problemi birlikdə həll etməyə çalışın.



- "Problemlər həll etmək üçündür" fəlsəfəsini bu dövrdə istifadə etmək işinizə yarayacaq.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 364
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri