Depressiyanın cinsi həyata təsiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 562
Səs ver:
(səs: 0)
Əhval-ruhiyyəmizə mənfi təsir göstərən depressiyanın cinsi həyatı da risk altına atan amillərdən biri olduğu aşkarlanıb. Verilən məlumata görə, əsəbiləri korlayan və ruh düşkünlüyünə səbəb olan depressiyanın kişilərdə sərtləşmə, erkən boşalma, qadınlarda isə cinsi istəksizlik yarada biləcəyi məlum olub.
Bundan əlavə depressiya cinsi əlaqəyə girən zaman insanı zövq almaqdan məhrum edə bilər.

Son zamanlar cütlüklər arasında yaşanan ən böyük problemlərdən biri də yorğunluq və gərginlikdən qaynaqlanan depressiyadır.
Depressiya nəticəsində yaranan sərtləşmə problemi daha sonra xroniki hal ala bilər. Depressiya zamanı istifadə edilən dərmanlar da kişilərdə cinsi istəksizliyə gətirib çıxarır. Son illərdə daha aktual problemlərdən biri kimi qabardılan işsizlik də insanları depressiyaya sürükləyən əsas amillərdəndir.

Mütəxəssislər bütün bu problemləri aradan qaldırmaq üçün hər kəsə stressdən uzaq durmağı və ümidsizlik hallarına qapılmamağı məsləhət görür.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri