Ağrılı cinsi əlaqə bir çox qadının problemidir. Həlli bizdə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 10 850
Səs ver:
(səs: 0)
Ağrılı cinsi əlaqə bir çox qadının problemidir.
Tibbdə "disparoni"  adlandırılan bu vəziyyət, sadə bir infeksiyadan qaynaqlana bildiyi  kimi ciddi xəstəliklərin  də işarəsi ola bilər.
Buna görə də  cinsi əlaqə zamanı  ağrıdan şikayətlənən qadınların vaxt  itirmədən mütləq həkimə müraciət etməlidirlər.

Disparoni, qadınlarda cinsi əlaqədə genital (vagina və qasıq) bölgədə  ağrı ilə müşaiyət olunaraq hiss  edilir.  
Disparonidən şikayətlənən qadınlar, ağrının verdiyi qorxuyla cinsi əlaqəyə girməkdən çəkinir.
Hətta ağrının çox şiddətli olması, vaginal əzələlərin, əlaqəyə girilməsinə mane olacaq qədər möhkəm sıxılmasına belə səbəb ola  bilir.
Adətən disparoninin qadınların neçə faizində olduğu məlum olmur.
Çünki əlaqə əsnasında ağrıdan şikayətlənən qadınların əksəri bu barədə həkimə müraciət etməyə gərək görmür...

Disparoni, ümumiyyətlə cinsi həyata yeni başlandığı dövrdə ortaya çıxır.
Həkimə müraciət edən qadınlar da əksərən bu qrupdan olur.
Bunun səbəbi isə bu dövrdə vaginalarında darlıq, ya da orqanik bir pozğunluq ola biləcəyi narahatlığını daşımalarıdır.
Ancaq bu problemin altında əksərən  psixoloji səbəblər yatır.

Disparoni bir simptom, yəni hər hansı xəstəliyin əlaməti ola bilər.
Müayinə edilərkən   genital bölgədə anatomik bir pozğunluq və  ya  infeksiya olub - olmadığı araşdırılır.
Edilən müayinədə hər iki problemə istiqamətli tapıntı olmazsa, bu dəfə yumurtalıq kistası, endometriozis  kimi ciddi problemlərin olmasına  istiqamətli araşdırmalar edilir.
Çünki endometriozis və yumurtalıq kistaları cinsi əlaqədə ağrıya səbəblərdən ən başlıcasıdır.
Disparoniyanın əhəmiyyətli səbəblərindən  biri də psixoloji faktordur.
Buna görə də disparoniyanın səbəbləri araşdırılarkən ginekoloqla bərabər bir psixiatr məsləhəti də zəruridir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 10 850
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri