Cinsi əlaqə zamanı ağrı hansı xəstəliklərə işarədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 15 392
Səs ver:
(səs: 2)
Araşdırmalar göstərir ki, hər 10 qadından 1-i cinsi əlaqə zamanı ağrı hissi yaşayır. Bu ağrılar şiddətli olanda qadın ya cinsi həyatdan soyuyur, ya da əri ilə aralarında problemlər yaranır.

Mütəxəsislər bildirirlər ki, ağrıların səbəbi bəzən psixoloji olsa da, bəzi ağrılar xəstəliklərin işarəti ola bilər.

Türkiyənin məşhur qadın doktorlarından Süleyman Eserdağ bütün qadınları maraqlandıran məıumatlar verib.

"Cinsi əlaqə zamanı ağrı, yanğı kimi problemlər tibb dilində "disparoni" adlandırılır. Cinsi əlaqə ağrısının müalicəsi mümkündür. Ancaq əvvəlcə ağrının qaynağı müəyyənləşdirilməlidir".

Süleyman Eserdağ ağrılar arasındakı fərqlərdən bəhs edərək, hansı ağrının hansı xəstəliyin işarəti olduğuna aydınlıq gətirib:

"Bu ağrıları bəzi qadınlar sadəcə vaginada, digərləri isə daha dərində - qasıq bölgəsində hiss edilir.

Seks zamanı qasıq bölgəsində hiss edilən ağrıların səbəbi yumurtalıq kistası, uşaqlıq və ya yumurtalıqdakı iltihab, sidik kisəsi infeksiyaları, şiş kimi xəstəliklərə işarət ola bilər. Əgər cinsi əlaqə zamanı ağrı hiss edən qadın həm də aybaşı zamanı şiddətli ağrıdan şikayət edirsə, onda "endometrioz" adlı xəstəlik ola bilər.

Körpəsini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən analar daha sonra cinsi əlaqə zamanı ağrı hiss edə bilərlər.

Həmçinin vağına daraltma əməliyyatları, sidik kisəsinin əməliyyatları da seks zamanı ağrı hissinin baş verməsinə səbəb olur.

Vaginada hiss edilən ağrı isə genital infeksiyalar və ziyillər, vağına infeksiyaları (göbələk, trikomonas), vaginada yaranan kista problemlərindən şübhələnməyə əsas verir.

Qızlıq pərdəsinin qalın olması və ilk cinsi əlaqə zamanı tam olaraq aradan qalxmaması da sevişərkən qadının ağrı hiss etməsinə səbəb ola bilər.

Klimaks dövründə olan qadınlarla körpə əmizdirən analarda estrogen hormonu az olduğu üçün vağına quru olur. Bu isə cinsi əlaqə zamanı qadının ağrı hiss etməsi ilə nəticələnir”.

Doktor bəzi psixoloji səbəblərdən yaranan ağrılardan da danışıb:

"Vaginizm, cinsi həyat təcrübəsizliyi, partnyora qarşı olan mənfi düşüncələr və kin, evlilikdəki problemlər, stress kimi səbəblər vaginanın quru qalmasına səbəb olur ki, bu da cinsi əlaqə zamanı ağrıya gətirib çıxarır.

Vaginizm bir çox qadının problemidir, ancaq bir həftəyə bu problemdən xilas olmaq mümkündür. Bu zaman doktorla psixoloq əməkdaşlıq etməlidir. Ancaq digər psixoloji səbəblər psixoloqlar tərəfindən müalicə oluna bilər”.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 15 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri