Ürək...Həyat...İnsan

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 448
Səs ver:
(səs: 1)
 

 

Ürək bir dəfə zərbə almışsa, bir daha əvvəlkinə vəziyyətinə qayıtmaz. Qırılmış bir vaza kimi, yapışdırsansa da həmişə su sızdırar. İçinə istədiyin gözəllikdə, rəngdə, şəkildə çiçək qoysan da, bir tərəfi oturmaz, gözünü yorar.

Könül dediyin, əslində elə hər şeyə küsməz. Dayanıqlıdır. Kim bilir nələr sovuşdurmuşdur? Əgər yaralanmışsa, mütləq çox canı yanmışdır

Qadının ürəyi, öz aynasıdır. İçində nə qədər sevda artığı yığılmışsa, o qədər qatılaşmışdır. Asan asan aşmaz, düşməz. Düşsə də dərhal qırılmaz. Necə qalxılacağını daha əvvəl öyrənmişdir

Həyat deyilən bu böyük səfər, bir an qədər qısa sürər. Sona gəldiyində,film lenti kimi keçir deyirlər ya, çaşır hərhalda hər kəs özünə təəccüblənir, bu qədər qısa zamana bu uzun metrajlı film necə sığdı deyə! Ona görə, hamısı boş demək gəlir içimdən

Dadını çıxartmaq lazımdır həyatın amma necə? Hər kəs eyni şeyi söyləyir,amma, praktikada bacaran yoxdur. Kimsə edə bilmədisə, olmur demək ki! O zaman anların dadına çatmalıdır insan.

Davamlı xoşbəxtlik mümkün deyil. Ancaq insan bir az özünə zaman ayıra bilər. Bir dəniz kənarında qağayıları seyr etmək üçün, izdihamlı bir prospektin ortasında dayanıb insanları müşahidə etmək üçün, bir stəkan dəmli çay üçün və ya eşq üçün, mütləq vaxt ayıra

İnsanın da mövsümü olur. Bir qışa, bir yaza keçər. Hər keçişdə eşqlə dolmalıdır ürək, yoxsa yaşamaq dediyin böyük əziyyətdir. Sevməmək üçün bolluca bəhanə çıxaranlar, sevmək üçün səbəb say desən üçü keçə bilməzlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 448
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri