Cinsi yolla yoluxan infeksiyalar - Herpes (uçuq)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 865
Səs ver:
(səs: 0)
Virus xassəli xəstəlikdir, yoluxucudur, zədələnmiş cinsiyyət üzvü ilə bilavasitə təmasda və ya partnyorun ağzında olan xoralardan keçir. Yoluxmanın əlamətləri təmasdan 1 ay sonra biruzə verir. Yoluxma zamanı ağızda və xarici üzvlərdə səpgilər əmələ gəlir, cinsi üzvlərdən irin ifraz olunur. Qızdırma, baş və əzələ ağrıları olur. Vaxtdan vaxta virus sanki «yatır». Elə bil xəstəlik geri çəkilir. Xəstəliyi yüngülləşdirmək üçün preparatlar var. Herpes xərçəng əmələ gətirə bilər və daxili üzvləri zədələyən xəstə anadan doğulan uşağın xəstəliyə yoluxma ehtimalı çoxdur (40-60%). Yeni doğulmuşlar arasında herpesə yoluxanların 40%-i ölür, qalanlarda isə baş beyin zədəsinin %-i çoxdur. Cinsiyyət üzvlərinin herpesi 1984-cü ildən geniş yayılmış xəstəlikdir, 1989-cu il göstəricisinə görə 20-65% seksual aktiv adamlardır. Əsas əlamətlər- cinsiyyət üzvlərində, bəzən anusda və sağrılarda ağrıların, qaşınan qovuqların olmasıdır. Sonra bu qovuqlar açılır (partlayır), quruyur və qabıq əmələ gətirir. Kişilərdə — qovuqlar cinsiyyət üzvündə, sidik kanalında yerləşir. Qadınlarda — cinsiyyət dodaqlarında, klitorda, uşaqlıq yolunda və uşaqlıq boynunda yerləşir. Bir qayda olaraq qovuqların əmələ gəlməsindən əvvəl bədən temperaturu yüksəlir, nasazlıq, baş ağrıları və bel ağrıları olur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 865
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri