Seks və stress hormonlarına müsbət təsir edən vitamin

Müəllif: NoName
Şərhlər: 4
Baxılıb: 960
Paylaş:
Səs ver:
(səs: 1)
Digər adı niasin olan B3 vitamininin sağlamlıq üçün faydalarından çox danışılır. Niasin orqanizmin ehtiyac duyduğu ən əhəmiyyətli vitaminlərdən biridir.

Seks və stress hormonlarımıza kimi bir çox funksiyaya təsiri olan bu vitaminin faydalarını araşdırıb. Belə məlum olub ki, niasin qan dövranını nizamladığından cinsi orqanların fəaliyyətini gücləndirir.

Dəri sağlamlığına yaxşı təsir edir.

B3 vitamini sızanaqları və dəri qızarıqlıqlarını aradan qaldırdığı üçün dəri üçün nəzərdə tutulan bəzi dərmanların və sızanaq kremlərinin də tərkibinə vurulur.

B3 vitamini elm adamlarını beyinə göstərdiyi təsirlə də təəccübləndirib. Ona görə də niasinin miqdarı şizofreniya və depressiya xəstəliklərinin müalicəsində tövsiyə edilən dərmanların tərkibində də çox olur.

Niasin vitamini xolesterolu tarazlayır. Zülal, yağ və karbonhidratların bədəndə daha uzun müddət qalmasına kömək edir. Xüsusilə, böyrəküstü vəzilərdə ifraz olunan hormonlara təsir edən B3 vitamini bütövlükdə bədənin hormon istehsalına dəstək olur.

Niasin həzm sisteminə də yaxşı təsir edir və toksik maddələrin bədəndən atılmasını sürətləndirir.

Bədəndə B3 vitamini əskikliyi müşahidə edildikdə yorğunluq, əsəbilik, iştahsızlıq, ürək bulanma, qusma, ishal kimi hallar baş verir.

Həmçinin, dəri problemləri, diş əti həssaslığı və ağız qoxusu da niasin əskikliyi zamanı müşahidə edilə bilər.

Uzun müddət niasin əskikliyindən əziyyət çəkən insanlarda depressiya və sinir sistemi pozğunluqları da yarana bilir.

Bu vitaminin gündəlik dozası qadınlar üçün 15mg, kişilər üçün isə 19 mg-dır. Təbii ki, həb şəkilində qəbul etmək istəyənlər mütləq həkimlə məsləhətləşməlidirlər. Çünki həddindən artıq qəbul edildikdə ciddi sağlamlıq problemlərinə səbəb olur. Belə ki, vitaminin orqanizmdə artması dəridə allergik reaksiyalara səbəb olur.  Dəridə qızarma, yanma, həmçinin, qaşıntı meydana gəlir.

Odur ki, niasini təbii halda qəbul etmək lazımdır. Məsələn, brokkoli, gül kələmi, kök, kartof və pomidor kimi tərəvəzlər, qırmızı ət, pendir, qarğıdalı unu, yumurta, balıq və süd kimi qidalar niasin vitaminin təbii qaynağıdır.

loading...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 960
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
bu dermanin adiniilk defedi esidirem
9 mart 2015 22:08
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Qlamurr
Bildiyim qədərilə cinsi orqanların fəaliyyətini gücləndirən vitaminlərdən biri də,E vitaminidi....ancaq həkimin təyin etmədiyi dərmanlardan istifadə etmək olmaz...
10 fevral 2015 11:50
3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
BARBI
Hemise hekime muraciet edib derman qebul etmisem
10 fevral 2015 09:34
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
lili)
men oz basina hec vaxt derman atmamisam hekim yazmasa
10 fevral 2015 07:58
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook