Cinsəl həyatı yaxşılaşdırmağın asan yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 947
Səs ver:
(səs: 3)
Fiziki hərəkətsizlik və gücsüzlük insan sağlamlığına və cinsi həyata mənfi təsir göstərir. Bu baxımdan idman məşqləri əhəmiyyətlidir. Çünki, daha çox məşq edənlər sağlam və aktiv həyat tərzi sürürlər. Onlarda cinsi sağlamlıq problemləri az olur. Gündəlik idman insan enerjisini artırmaqla, ona dayanıqlılıq verir və güc qazandırır. Bir sözlə məşqlər cinsi həyata, əzələ və ürək dayanıqlığına faydalıdır. Ürək Dayanıqlılığı: Cinsi sağlamlıqda ürək dayanıqlılığı əsas mövzulardan biridir. Daha çox yüngül idman məşqləri məsləhətdir. Bu ürəyi gücləndirməyə və orqanizmin maddələr mübadiləsini artırmağa kömək edir. Qaçış, üzmə kimi idman növləri ürək dayanıqlığına yaxşı təsir göstərir. Əzələ və güc məşqləri: Elastik olmaq həm də güclü performans deməkdir. Məşqlərdən sonra yoqa və s. rahatlaşdırıcı üsulları seçmək pis olmaz. Lakin cinsi sağlamlıqda əzələ artımı da vacibdir. Bunun üçün müxtəlif trenajorlardan istifadə etmək olar. Gücartırma məşqləri ilə həftədə 2-3 dəfə məşğul olmaq yetərlidir. Bu zaman təyin olunmuş proqrama uyğun idman etmək, artıq çəki probleminə diqqət yetirmək lazımdır. Çünki, bu problem cinsi həyata təsir göstərir. Cütlər arasında cinsi istəksizlik və s. problemlər yaradır. Buda bir həqiqətdir ki, idman stressi azaltmağa, insanın daha gümrah və xoşbəxt olmasına xidmət edir. Bildiyimiz kimi həddindən artıq stress libido zədələyici təsirləri ilə cinsi sağlamlığa təsir edir. Buna görə də sağlam qidalanmaq və idmanla məşğul olmaq lazımdır.
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 6 947
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri