Erkən boşalmanın səbəbi nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 501
Səs ver:
(səs: 1)
1. Oxucu sualı: Salam Mənim problemim əgər problem demək olarsa, budur ki, cinsi əlaqə vaxtı çox gec qurtarıram. Bu da çox vaxt əks cins tərəfindən narazılıqla qarşılanır. Bunun səbəbi nə ola bilər və ümumiyyətlə normal boşalma vaxtı nə qədərdir?

1. Həkim cavabı:Salam, normalda cinsi əlaqənin orta müddəti 4-10 (7-14) dəqiqə hesab olunur. Qadınların fikrinə görə ideal vaxt 11 dəqiqədir.
Gecikmiş eakulyasiyanın (gec boşalmanın) yaranmasına bir neçə faktor yol aça bilər:
• spirtli içkilərin istifadəsi, tütün (reflekslər ləngiyir)
• bəzi dərmanlar
• yaş fakoru
• endokrin (m. diabet) və sinir sisteminin xəstəlikləri
• psixoloji faktor (fobiya, kompleks)
• stress, həyacan
• qan dövranının pozulması (cinsi orqanın keyləşməsi baş verə bilər)
• anatomik quruluş qüsurları (prostat vəzisinin transuretral rezeksiyası, Muller kanalının kistasıvə s.)
• prostat vəzisinin iltihabı prosesləri infeksion xəstəliklər və s.
Gecikmiş eakulyasiya iki növ olur: birincili (həyatı boyu tam boşalma hissini keçirmədiyi zaman) və ikincili (əvvəl tam boşalma hissi – orqazm keçirmiş, lakin son zamanlar problem yarandığı halda).
Daha ətraflı məlumat üçün həkim-androloq və yaxud seksopatoloqla fərdi danışıq və müayinə məsləhət görülür.

2. Oxucu sualı: Sahil: Mənim 18 yaşım var, cinsi əlaqə vaxtı həddindən tez boşalma olur. Bunun səbəbi yaşımla əlaqədar ola bilərmi? Və bu keçicidirmi, keçici deyilsə, müalicəsi varmı?

2. Həkim cavabı:Salam. Hal-hazırdaki statistikaya görə 25-30 % kişilərdə erkən eakulyasiya rast gəlir. Yaranma səbəbləri:
• erkən yaş (qısameddətli təcrübə)
• yüksək seksual ehtiras hissi
• prostatın iltihabı xəstəlkləri, vezikulit, uretrit və s.
• nevroz
• ətraf mühitin uyğun olmaması, partnorla münasibət
• erektil disfunksiya
• sinir sisteminin patologiyası (cinsi orqanın yüksək həssaslığı) və s.
Müalicəsi medikamentoz, fizioterapevtik və yaxud psixoterapevtik ola bilər. Səbəbini dəqiq müəyyənləşdirmək üçün bəzi müayinələr lazımdı, düzgün müalicənin təyini üçün həkim-androloqa şəxsən müraciət etməniz məsləhət görülür.

3. Oxucu sualı: Salam, həkim. Mən eşitmişəm qadınlar üçün bəzi xüsusi günlər var ki, o günlərdə cinsi əlaqədə olanda hamilə qalmaq ehtimalı daha çox olur. Bu nə dərəcədə doğrudur? Və o hansı günlərdir?

3. Həkim cavabı: Salam. Bəli bu cür günlər mövcüddür və tibbi tərəfdən izahı var.
Xanımlarda menstrual tsiklin müddətinə uyğun ovulyasiya günü hesablanır. Əsasən tsiklin ortasına düşür (1-2 gün fərq ola bilər). Ovulyasiya zamanı oosit (yumurta hüceyrəsi) follikulun cırılması nəticəsində qarın boşluğuna daxil olur və borudan uşaqlığa "itələnir”.
Kişi spermatozoidlərin orta yaşama müddəti 24-48 (48-72) saat olduğu üçün ovulyasiyadan 2-3 gün əvvəl, ovulyasiya günü və 1 gün sonra hamilə qalmaq (mayalanmanı baş tutması) üçün optimal (əlverişli) günlər sayılır.
Lakin hər qadında özünə məxsus tsikl olduğu üçün bu günlərin hesablanmasında ginekoloqa müraciyət edə bilərsiniz. Əgər məsləhət görülsə bəzi müayınələrə ehtiyac ola bilər ( hormonal analiz və follikulomeriya).

4. Oxucu sualı: Salam, Həkim. Mənim 20 yaşım var. Ancaq üzümə tük çıxmır. Bunun səbəbi nədir?

4. Həkim cavabı:Salam. Kişilərdə üz (və digər androgen zonalarda) tüklənmənin olmamasına bir neçə amil səbəb ola bilər:
• tük follikullarının androgen hormonlarına qarşı aşağı həssaslığı (irsi faktor rol oynayır)
• həyat tərzi (hipodinamiya), düzgün qidalanmama (dəniz məhsulları, qoz-fındıq, sıyıq, bəzi tərəvəzlər və vitamin testosteron miqdarını artırır)
• artıq çəki (estrogenlərin artması)
• zəif tipli cinsi konstitusiya
• endokrin disfunksiya (məsələn hipoqonadizm ) və s.
Səbəbini araşdırmaq üçün hormonal müayinə, USM və ümümi həkim baxışı tövsiyə olunur.

5.Oxucu sualı: Salam, həkim. Mənim bədənimdə (qarın, sinə hissəsində) tüklər çoxalmağa bağlayıb. Yəni başqa qızlarda belə olmur mən bilən. BUnun səbəbi nə ola bilər? Müalicəsi nədi?

5. Həkim cavabı:Salam. Bu cür simptoma tibbi dildə hirsutizm deyilir. Adətən orqanizmdə bəzi hormonal dəyişikliklər nəticəsində baş verir. Əsasən androgenlərin (kişi cinsi hormonların) artımı qeyd olunur.
Yüksək androgen miqdarının mənbəyi yumurtalıqlar və yaxud böyrəküstü vəzi ola bilər. Lakin ailə faktorlu hirsutizm və idiopatik hirsutizm hallarıda rast gəlir. Səbəbini araşdırmaq üçün bir neçə müayinədən keçmək məsləhətlidir (qanda hormonlar, USM).
Müalicəni təyin etmək üçün mütləq düzgün diaqnoz qoyulmalıdı. Daha ətraflı məlumat üçün həkim-endokrinoloqa müraciət edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 501
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri