Sperma sayını artırmaq üçün nə yemək lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 14 115
Səs ver:
(səs: 2)
Çiyələk
Çiyələk tərkibindəki bol miqdarda E vitamini sayəsində sperma keyfiyyətini və miqdarını artırır. Kişilərin daha asan ereksiyon olmalarını təmin edir. Cinsi istəyi artıran çiyələyin afrodizyak təsirini ortaya çıxarmaq üçün gündə 2 kasa yemək lazımdır. Mütəmadi olaraq gündə 2 kasa çiyələk yeməklə gözlənilən nəticəni 1 həftəyə əldə etmək mümkündür.

Avokado
Sperma sayını artırmaq baxımından avokado da möcüzəvi meyvələrdən biri hesab edilir. Avokadonun tərkibindəki bitki mənşəli yağ turşuları və antioksidantlar kişilərdə testosteron və digər seks hormonlarının istehsalını sürətləndirir. Avokado 14 gün ərzində sperma sayını və keyfiyyətini artırmağa qadirdir.

Bunun üçün həftədə 3 dəfə yemək lazımdır.

Zəncəfil
Bədənin istiliyini artırır və kişinin daha uzun müddət ereksiya olmasını təmin edir. Həftədə 4 dəfə bir çay qaşığı zəncəfili müxtəlif qidaların tərkibinə qataraq yeyin, təsirini 1 saat içərisində göstərir.

Pomidor
A vitamini anbarıdır. Seks hormonlarının istehsalını sürətləndirir. Sperma miqdarı ilə yanaşı seksdən alınan həzzi də artıran pomidorun müsbət təsirini görmək üçün 2 həftə ərzində gündə 1 pomidor yemək kifayətdir.

Banan və əncir
Banan və əncir xoşbəxtlik hormonu olaraq bilinən və daha çox şokolad yeyildikdə istehsal olunan serotonin hormonunun səviyyəsini yüksəldir. Bu da sperma istehsalına müsbət istiqamətdə təsir edir. Stressi azaldır. Əncir və bananda tapılan sink mineralı spermanın keyfiyyətini artırır.

Kök
Ehtiva etdiyi şəkər qana tez qarışdığı üçün enerjinin çoxlamasını təmin edir. Yorğunluğun və halsızlığın aradan qalxmasına kömək edir.

Bütün bunlar seksə daha çox zaman ayırmağı təmin etməklə yanaşı sperma miqdarının artmasına da təsirsiz ötüşmür.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 14 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri