Bu ədviyyat cinsi fəallığı artırır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 227
Səs ver:
(səs: 4)
Qədim dövrlərdə hili "cənnət ədviyyatı” adlandırıblar. Elə bu gün də hil dünyanın demək olar ki, bütün guşələrində qiymətli və faydalı bir ədviyyat kimi istifadə olunur.

Bu ədviyyata olan geniş tələbatın əsas səbəbi onun özünəməxsus ətri olması ilə yanaşı, həm də saymaqla bitməyən sağlamlıq üçün möcüzəvi faydalarıdır.

Hilin başlıca faydalı xüsusiyyətlərindən biri onun antioksidant təsirə malik olmasıdır. Məhz bu xassəsinə görə hil orqanizmin zərərli maddələrdən təmizlənməsində yaxından iştirak edir, sərbəst radikalların məhvinə səbəb olur.

Bu ədviyyat orqanizmi bir çox xəstəliklərdən, o cümlədən ürək-damar, dayaq hərəkət sistemində problemlərin yaranmasından qoruyur.

Soyuqdəymə zamanı xəstəliyin qısa zamanda aradan qaldırılmasında hil güclü təsirə malikdir. O, boğaz ağrılarını götürür, öskürəyi yumşaldır, temperaturu aşağı salır.

Hil sinir sisteminə olduqca müsbət təsir göstərir. Bu ədviyyat bədənin ümumi tonusunu qaldırır, əhvalı yaxşılaşdırır.

Yüksək qan təzyiqindən, hipertoniya xəstəliyindən şikayətlənənlərə hildən istifadə məsləhət görülür. Hil çayda və kofedə kofeinin təsirini azaldır.

Mədə bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdıran hil həzmi asanlaşdırır.

Ağızdan gələn xöşagəlməz qoxu problemindən qurtulmaq üçün hildən istifadə etmək kifayətdir.
Siqaret çəkənlər üçün də hil faydalıdır. O, ağciyərləri təmizləyir

"Cənnət ədviyyatı” sayılan hil güclü afrodiziakdır. Müntəzəm istifadə olunduqda cinsi fəallıq artır, potensiya güclənir. Hildən həmçinin sidik yollarının və cinsi orqanların xəstəliklərinin müalicəsində istifadə olunur.

Qaraciyər və öd kisəsində problemi olanlar hildən məhdudiyyətlə istifadə etməlidirlər.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri