Cinsi yolla yoluxan xəstəliklər haqqında maraqlı məlumtalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 910
Səs ver:
(səs: 1)
- Necə yoluxur?

- Dəriyə təmas yolu ilə yoluxur, virusun əsas yoluxma yolu cinsi əlaqədir. Cinsi orqan, skrotum (xayalar), uşaqlıq yolu və ya xarici genital bölgə yalnız virusla təmas nəticəsində yoluxur. Oral yolla da infeksiyaya yoluxma halları olur. Prezervativ istifadə etmək yoluxmanın qarşısını hər zaman almır, çünki virus prezervativlə örtülü olmayan genital sahədən də yoluxur.



HPV-in bir insandan başqa insana yoluxması üçün hər zaman tam cinsi əlaqənin olması mütləq deyil. İnfeksiyalaşmış dəri bölgələrinin bir-biri ilə təması nəticəsində də yoluxma baş verə bilər. Virusun gizli dövrü müxtəlifdir. Yoluxma olduqdan sonra əlamətlər bəzən bir neçə ay, bəzən bir neçə il sonra büruzə verə bilər. Hətta bəzən virus illər boyu heç bir əlamət büruzə vermədən bədəndə qala bilər.



- Qorunmaq üçün nə etməli?

- Çoxarvadlılıq HPV virusunun yoluxması üçün ən əhəmiyyətli risk faktorudur. Çoxarvadlılıqdan çəkinmək qorunmada əhəmiyyətli amildir. Çox arvadlı olmasa belə cinsi əlaqədə olduğu xanımlardan birinin daha əvvəl HPV-ə yoluxması partnyorun bu virusa yoluxmasına yol aça bilər. 100% qarşısını almasa da, prezervativ istifadə etmək yoluxmağı kəskin şəkildə azaldır. HPV qorunmasında digər bir metod də peyvənddir.



- Peyvənd qorunmada nə qədər təsirlidir?

- HPV peyvəndi profilaktik olduğu üçün virusa yoluxmadan və cinsi fəallıq başlamazdan əvvəl vurulması təklif edilir. 11-28 yaş arası cinsi əlaqəyə girməmiş qız uşaqlarına 3 doza vurulması uyğundur.



- HPV baş və boyun xərçənginə necə yol açır?

- Virusun baş, boyun bölgəsinə oro-genital təmasla yəni oral seks ilə yoluxduğu güman edilir. Ağız xərçənglərinin 25 faizinin, boğaz xərçənglərinin isə 35 faizinin HPV ilə əlaqəli ola biləcəyi bildirilir.



- Bu xərçəng xəstəliklərin erkən diaqnozu üçün nə edilməlidir?

- Səs telləri üzərində inkişaf edən xərçəng hüceyrələri səs tutulmasına səbəb olduğu üçün erkən aşkar edilir. Ağız və boyun xərçəginin əsas əlamətləri bunlardır:

Uzun müddət davam edən boğaz həssaslığı

Daimi qulaq ağrısı

Keçməyən öskürək

Nəfəs almaqda çətinlik və ya ağrılar var

Yeməyi çətin udur və ya ağrı varsa

Arıqlama



2 həftədən daha uzun müddətdə səs batması və ya dəyişiklikləri



Boyunda ağrı və ya şişlik varsa, mütəxəssis müayinəsindən keçmək lazımdır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri