İntim əlaqə zamanı ağrılar və onun müalicəsi

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 12 416
Səs ver:
(səs: 2)
Ağrının səbəbindən biri- vaginizm ola bilər
Qadın nə hiss edir?Yaxınlıqdan qorxu. Ola bilsinki yanınızda olan insanı xoşlamırsınız və ya, xoşa gəlməyən seksiniz olub. Səbəbdən biri də, hamilə qalmaq qorxusu da ola bilər. Bu səbəblərin hamısı vagina əzələsində spazmalar yaradır- nəticəsi isə ağrı və xoşa gəlməyən hisslər olur.
Qərar : partnyorunuza etibar edin. Ona öz qorxunuzu və sıxıntınızı danışın. Çalışın ki, rahatlanasız. Əgər bu məsləhətlər köməyinizə çatmasa, o zaman seksopoloqa müraciət edin.

Ağrının səbəbi : seksual uyğunsuzluq.
Qadın nə hiss edir? Bəzi seks pozalarda, qadın vaginanın içərisində güclü ağrı hiss edir. Bu ola bilsin ki, vaginanın dərinliyi, kişi cinsi orqanına görə balacadır. Seks zamanı kişi cinsiyyət orqanı bəzi pozalarda küncə tərəf sürüşür. Əgər buna bir az da temp versək, əlbəttəki qadın o zaman güclü ağrı hiss edir.
Qərar : partnyorunuzla birgə özünüzə optimal olan poza və temp seçin. Lap çox dərinə getməməyi rica edin.

Ağrının səbəbi : infeksiyalar və iltihabı ( soyuqdəymə )
Qadın nə hiss edir? Xoşa gəlməz hisslər, ağrı, qaşınma, göynəmə və quruluq. Çox zaman güclü yaşıl rəngə çalan və çürüntünü xatırladan iyli axıtı gəlir. Bu maloçniça, xlamidioz, mikoplazmoz , gerpes kimi infeksiyalar ola bilər.Ağrının səbəbi vulvit, bartolinit, vaginit kimi iltihablar ola bilər.
Qərar : Mütləq genikoloqa müraciət etmək lazımdır. Müalicəni yubatmamaq lazımdır. Çünki, sonra nəticəsi pis ola bilər. Bu sonsuzluq, uşaqlıq boynunun xərçəng xəstəliyi və hamilə zamanı, körpənin yoluxması ilə nəticələnir.

Ağrının səbəbi : yağlayıcının az olması.
Qadın nə hiss edir? Vaginada quruluq, xoşa gəlməz hisslər və penisin ağrılı iç divara sürtünüşü. Buna səbəb foreplayın qısa müddətli olması və yağlanma istehsal edən bartholin vəzlərinin iltihabı ola bilər.
Qərar : əgər səbəb perelyudinin qısa müddətli olmasıdırsa , onda özünüzü intim əlaqəyə hazırlayın. İltihabla əlaqəlidirsə, genikoloqa müraciət edin.

Ağrının səbəbi : endometrioz.
Qadın nə hiss edir? Seks zamanı qarın nahiyəsinin aşağısında və vaginanın içərisində it, kəsici ağrı hiss olunur. Bəzən ağrı intim əlaqədən sonra və aybaşıdan əvvəldə ola bilər. Endometrioz- uşaqlığın daxili qat orqanlarında genikaloji vəziyyət- endometrioz təzahürləri əmələ gəlməsidir.
Qərar : endometrioz sonsuzluqla nəticələndiyi üçün, mütləq genikoloqa müraciət və dərhal müalicə olunmalıdır.

Ağrının səbəbi : vaginanın travması.
Qadın nə hiss edir? Seks zamanı, kişi cinsi orqanın içəri girməsi və cinsi akt zamanı ağrılar hiss olunur. Buna səbəb doğuş zamanı alınan tikişlər , vaginanın travması , abhesions , cərrahiyyə əməliyyatı ola bilər.
Qərar : alınan travmaların sağalması üçün zaman lazımdır. Seks zamanı rahat pozalar seçin. Əgər 3 ay ərzində ağrılar davam edərsə , o zaman həkimə müraciət etmək lazımdır Həkim fizioterapeya təyin etməklə şəfa taparsınız.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 12 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri