Cinsi yolla yoluxan xəstəliklər haqqında maraqlı məlumtalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 504
Səs ver:
(səs: 4)
Daha çox cinsi yolla yoluxan və qadınlarda genital ziyillər, uşaqlıq yolu xərçənginə yol açan HPV kişilərdə isə penis, skrotum və anorektal xərçənginə səbəb olur.



Ginekoloq, onkoloq Polad Dursun HPV infeksiyasına yoluxan qadınlarda uşaqlıq ağzı xərçənginə tutulma riskinin təxminən 200 dəfə artdığını deyib. Genikoloq HPV-in qadın və kişilərdə genital bölgədə xərçəng xəstəliklərinə yol açdığını söyləyib. O, human papilloma pirusu yəni, HPV ilə cinsiyyət orqanlarının xərçəngi arasındakı əlaqənin siqaret ilə ağciyər xərçəngi arasındakı əlaqədən daha güclü olduğunu bildirir.

Türkiyə mətbuatına istinadən xəbər verirlir ki, HPV baş-boyun xərçənglərinin də inkişafına təsir edir. Virusun kişilərdə penis və skrotum xərçəng xəstəliklərinə də yol açır.



Polad Dursunun müsahibəsini təqdim edirik:



- HPV nədir?



- HPV intim bölgədə, dəri və selikli qişalarda itiuclu kondiloma adlanan kütlələrin əmələ gəlməsinə səbəb olan virus növüdür. Bir çox virus xəstəliklərində olduğu kimi HPV virusu da bədənə ilk dəfə daxil olduğu müddətdən etibarən hüceyrələrin tərkibinə yerləşir və vaxtaşırı şiddətlənərək təkrarlayan infeksiyalara səbəb olur. Buna görə HPV infeksiyası radikal müalicəsi olmayan xəstəlik kimi qəbul edilsə də, son illərdə bəzi tiplərinin 4-5 il müddətində bədəndən tamamilə təmizləndiyi fərziyyələri irəli sürülür

HPV ən çox cinsi yolla yoluxan bir virusdur. Onun 100-dən artıq tipi var. Bədənin müxtəlif yerlərində ziyil (kondilom), hüceyrə çoxalması və xərçəngə səbəb ola bilər. HPV orqanizmə daxil olduqdan sonrakı 2-3 ay ərzində ziyil əmələ gəlir. Ziyillər ən çox genital bölgədə görülür, amma bədənin hər yerində çıxa bilər.



- Necə yoluxur?



- Dəriyə təmas yolu ilə yoluxur, virusun əsas yoluxma yolu cinsi əlaqədir. Cinsi orqan, skrotum (xayalar), uşaqlıq yolu və ya xarici genital bölgə yalnız virusla təmas nəticəsində yoluxur. Oral yolla da infeksiyaya yoluxma halları olur. Prezervativ istifadə etmək yoluxmanın qarşısını hər zaman almır, çünki virus prezervativlə örtülü olmayan genital sahədən də yoluxur.



HPV-in bir insandan başqa insana yoluxması üçün hər zaman tam cinsi əlaqənin olması mütləq deyil. İnfeksiyalaşmış dəri bölgələrinin bir-biri ilə təması nəticəsində də yoluxma baş verə bilər. Virusun gizli dövrü müxtəlifdir. Yoluxma olduqdan sonra əlamətlər bəzən bir neçə ay, bəzən bir neçə il sonra büruzə verə bilər. Hətta bəzən virus illər boyu heç bir əlamət büruzə vermədən bədəndə qala bilər.



- Qorunmaq üçün nə etməli?



- Çoxarvadlılıq HPV virusunun yoluxması üçün ən əhəmiyyətli risk faktorudur. Çoxarvadlılıqdan çəkinmək qorunmada əhəmiyyətli amildir. Çox arvadlı olmasa belə cinsi əlaqədə olduğu xanımlardan birinin daha əvvəl HPV-ə yoluxması partnyorun bu virusa yoluxmasına yol aça bilər. 100% qarşısını almasa da, prezervativ istifadə etmək yoluxmağı kəskin şəkildə azaldır. HPV qorunmasında digər bir metod də peyvənddir.

- Peyvənd qorunmada nə qədər təsirlidir?



- HPV peyvəndi profilaktik olduğu üçün virusa yoluxmadan və cinsi fəallıq başlamazdan əvvəl vurulması təklif edilir. 11-28 yaş arası cinsi əlaqəyə girməmiş qız uşaqlarına 3 doza vurulması uyğundur.



- HPV baş və boyun xərçənginə necə yol açır?



- Virusun baş, boyun bölgəsinə oro-genital təmasla yəni oral seks ilə yoluxduğu güman edilir. Ağız xərçənglərinin 25 faizinin, boğaz xərçənglərinin isə 35 faizinin HPV ilə əlaqəli ola biləcəyi bildirilir.



- Bu xərçəng xəstəliklərin erkən diaqnozu üçün nə edilməlidir?



- Səs telləri üzərində inkişaf edən xərçəng hüceyrələri səs tutulmasına səbəb olduğu üçün erkən aşkar edilir. Ağız və boyun xərçəginin əsas əlamətləri bunlardır:



Uzun müddət davam edən boğaz həssaslığı



Daimi qulaq ağrısı



Keçməyən öskürək



Nəfəs almaqda çətinlik və ya ağrılar var



Yeməyi çətin udur və ya ağrı varsa



Arıqlama

2 həftədən daha uzun müddətdə səs batması və ya dəyişiklikləri



Boyunda ağrı və ya şişlik varsa, mütəxəssis müayinəsindən keçmək lazımdır.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 4 504
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri