Kişiləri cinsi münasibətdən soyudan hisslər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 886
Səs ver:
(səs: 1)
Kişilərin gələcəklə bağlı qayğıları, qadınların təhsil, karyera, evlilik və uşaqlarla əlaqəli yükləri çox vaxt onlara ağır gəlir və özlərini daha yorğun hiss etmələrinə səbəb olur. Kişilər yorğun olduqda qısa müddətli seksə meyilli olurlar. Qadınlar isə yorğunluğu bəhanə edərək ümumiyyətlə, seksdən imtina edirlər. Yorğunluq davamlı olaraq təkrarlandıqda cütlüklər arasında ciddi problemə çevrilə bilər. Ona görə də yorğunluğun səbəbləri araşdırılmalı və problem aradan qaldırılmalıdır.

"Ailə dostu” layihəsi çərçivəsində müasir dövrün ən böyük problemlərindən olan yorğunluğun cütlüklərin intim həyatına vurduğu zərərlərdən və çıxış yollarından bəhs edəcəyik.
Ümumi gücsüzlük, tez halsızlaşmaq, diqqəti cəmləməkdə çətinlik, normal fəaliyyət əsnasında ya da sonrasında tükənmişlik hissi, fəaliyyətə başlamaq üçün kifayət qədər enerjili hiss etməmək kimi hallarla müşahidə olunan yorğunluğun bir çox səbəbi ola bilər. Yorğunluq ilk növbədə cinsi həyat olmaqla, iş performansına, ailə həyatına və ictimai əlaqələrə mənfi təsir edir. Yorğunluğun ən böyük səbəbləri arasında çoxlu idman etmək, yuxu pozğunluqları, yaxşı qidalanmamaq, yuxarı tənəffüs yolu infeksiyaları, qansızlıq, zob və ağciyər xəstəlikləri, bəzi dərmanların (sakitləşdiricilər, depressiya, allergiya və təzyiq dərmanları, həmçinin bir çox antibiotik) təsiri və depressiya göstərilir. Hətta bəzi insanlarda yorğunluq xroniki hal alır.
Uzun və yorucu bir iş günündən sonra evə gələn qadın və kişi uzanıb dincəlmək istəyir. Bunun da tək bir mənası var - "Bu gün sevişmək istəmirəm, yorğunam!".

Yorğun olmaq cütlüyü sadəcə cinsi həyatdan deyil, ümumiyyətlə, hər şeydən uzaqlaşdırır.

Çünki hər nə qədər əksi düşünülsə də, insanlar yalnız fiziki ehtiyaclarını ödəmək üçün sekslə məşğul olmurlar. Çox vaxt sevildiklərini, arzulandıqlarını, qiymətli olduqlarını və bir başqasının onlara dəyər verdiyini hiss etmək üçün də insanlar partnyorları ilə sevişmək ehtiyacı hiss edirlər.

Odur ki, yorğun olsanız belə, heç vaxt seksdən imtina etməməlisiniz. Unutmayın ki, seks ehtiyacı zamana və şəraitə görə dəyişilə bilər. Cütlüklərdən biri və ya hər ikisi özünü yorğun hiss etdikdə daha klassik və asan seks pozalarını seçərək cinsi əlaqədən zövq ala bilərlər.

Bir-birlərini sekslə mükafatlandırdıqda yalnız həzzin deyil, romantikanın da dadını hiss edəcəklər. Çünki yorğun olmasına baxmayaraq, partnyorunu xoşbəxt etmək üçün fədakarlıq edən partnyor onu sevdiyini həqiqətən sübut etmiş olur. Beləliklə, partnyorunuzla həm bir-birinizə qarşı daha səmimi olacaq, həm də münasibətinizi möhkəmləndirəcəksiniz.

Yorğun cütlüklər üçün cinsi münasibət haqda təkliflər:

Yuxarıda yazdıqlarımızı tətbiq etmək asan görünsə də, reallıqda heç də belə deyil. Bir çox cütlük yorğunluq anında seksi düşünməyə belə halları olmadığını deyirlər. "Sekslə məşğul olaraq əylənməyə halımız qalmır", "Çox vaxt seks üçün özümüzü çox yorğun hiss edirik" deyən cütlüklər mübahisələrinin əsas səbəbinin cinsi həyata kifayət qədər vaxt ayırmamaqla bağlayırlar.

Sekslə bağlı tədqiqatlar aparan araşdırmaçılar bunu nəzərə alaraq sürətli hərəkət etməyin həddən artıq çox enerji tələb etdiyini vurğulayırlar. Onlar yorğun cütlüklərin seksdən öncə etməli olduqları sakitləşdirici proseduraları açıqlayıblar.
Tədqiqatçıların dediklərinə inansaq, yorğun olduqda belə əyləncəli və həzz dolu bir gecə keçirmək üçün öncəliklə 10-15 dəqiqə su altında qalmaq lazımdır. İsti su bədənin canlanmasına və yorğunluğun azalıb, seks həvəsinizin artmasına səbəb olacaq.

Bu su terapiyasından sonra nəfəs məşqləri etmək lazımdır. Dərindən nəfəs alıb 10 saniyə sonra nəfəsinizi buraxın. Bunu 5 dəfə təkar edin. Daha sonra isə partnyorunuzla bir-birinizə masaj edin. Masajın necə olacağı tamamilə sizin seçiminizə bağlıdır. Yağla edilən erotik masaj növlərinə də müraciət edə bilərsiniz. Masaj zamanı başlayan kiçik toxunuşlar, öpüşmələr qısa zamanda ehtiraslı ön sevişmə və həzz dolu bir gecə ilə nəticələnəcək.

Bu zaman kişilər rahat hərəkət edə biləcəkləri, özlərinə uyğun pozanı seçməli, qadınlar da ən rahat pozada olmalıdırlar.

Seksi sevişməyin və toxunmağın verdiyi həzzə fokuslanaraq, həzz alıb həzz verə bilmək, ruhu və bədəni paylaşa bilmək elmi və sənəti olaraq təsvir edirik. Cütlüklər bu sənəti icra edərkən qızıl, gümüş və bürünc olmaq üzrə üç növ seks təcrübəsi yaşaya bilirlər. "Qızıl seks" daha keyfiyyətli hesab olunur. Belə ki, bu iki saat və daha çox davam edən seksə verilən addır. Cütlüklərin 80 faizinin tez-tez müraciət etdikləri 30 dəqiqə və daha çox çəkən cinsi əlaqə isə "gümüş seks” adlanır.
Cütlüklər nadir hallarda "bürünc seks"lə məşğul olurlar. Bu cinsi əlaqə üç-beş dəqiqə davam edir. Bu hal daha çox qadının kişini rədd etməyib, onun ehtiyacını ödəmək istəməsi ilə reallaşır. Bu zaman qadının orqazm olması mümkün deyil. Seksə həvəsi olmayan, yorğun hiss edən qadın partnyorunun seks təklifini geri çevirmir və "bürünc seks”ə müraciət edir.

Araşdırmaçılar bildirirlər ki, həftədə bir dəfə "bürünc seks”lə məşğul olmaq münasibətin daha uzun müddət davam etməsinə səbəb olur. Belə ki, yorğun halda sekslə məşğul olub, orqazmı yamsılayan qadınlar tez zamanda partnyorlarından bezirlər. Həmin qadınların seksdən həzz almadıqları bəlli olanda isə partnyorları onlardan soyumağa və uzaqlaşmağa başlayırlar.

Ancaq yorğun olduğunu, seksə həvəsi olmadığını etiraf edən və 5-10 dəqiqə çəkən "bürünc seks”ə razılıq verən qadınlar kişilərin vazkeçilməzinə çevrilirlər. Çünki kişi ilə qadının fərqli cəhətləri yataqda da özünü göstərir. Belə ki, kişinin yeganə məqsədi orqazm olub, sakitləşmək olduğu halda, qadın sevdiyi kişinin ona toxunmasından, öpməsindən qucaqlayıb yuxuya getməsindən də eyni zövqü alır. Odur ki, orqazm kişilər üçün çox önəmli olduğu halda, qadınlar üçün üçüncü dərəcəli məsələdir.
Tədqiqatçılar "bürünc seks”in bir digər yararının da cütlüklər arasındakı əlaqəni möhkəmləndirmək olduğunu bildirirlər. Buna səbəb ilk növbədə seksə həvəsi olmayan qadının "bürünc seks” zamanı təhrik olub, "gümüş seks”ə razılıq verməsidir. Çox vaxt qadınlar həqiqətən yorğun olub olmadıqlaırnı anlaya bilmirlər. Cinsi əlaqəyə girməyə ərinirlər. Ancaq bir dəfə "bürünc seks”ə razılıq verdikdən sonra özləri də həzz almaq arzusuna düşürlər. "Bürünc seks” təcrübəsini yaşayan qadınlardan 70 faizi artıq yorğunluqla daha yaxşı mübarizə apardıqlarını və tez-tez "qızıl sekslə" məşğul olmağa başladıqlarını bildiriblər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 886
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri