Cinsəl sağlamlıq: Hipoqonadizm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 416
Səs ver:
(səs: 0)
Cinsiyyət hormonu olan testosteron kişilərdə təxminən 10 qat çoxdur. Bu hormon səs qalınlaşması, cinsi istək, sperma istehsalı, tüklənmə kimi bir çox bioloji fəaliyyətləri reallaşdırır. Həmçinin sümük və əzələ kütləsinə yaxşı təsir göstərir.
Lakin, testosteron hormonları başda yaş olmaq üzrə müxtəlif səbəblərlə azalmağa başlayır (hipoqonadizm). Əgər lazım olan səviyyədən aşağı düşərsə bəzi narahatlıqlar yaradır. Bu narahatlıqlara cinsi istəksizlik problemləri (libidonun azalması), aqressivlik, sümük və əzələ problemləri, sperma istehsalının azalması, 2-ci tip şəkər xəstəliyi də aid edilir.
Sümük və əzələ problemləri
Kişilərdə testosteron hormon səviyyəsi yeniyetmə və gənclik dövrlərində (20-li yaşlarda) yüksək səviyyədə olur. Zamanla azalmağa başlayır.
Sümük və əzələdə böyük rol oynayan testosteron səviyyəsi düşdükdə kişi əzələlərində incələnmə, sümüklərdə krekinq və ya qırılma, tüklərin tökülməsi, daha kiçik və yumşaq testis hormonları, sinələrdə olan sallanma əlamətləri özünü göstərir.
Cinsi istəksizlik
Aşağı nisbətdə testosteron cinsi istəksizliyə səbəb olur. Bu səbəbdən bəzi kişilər erekte olmaqda çətinlik çəkir və soyuyurlar.
Aqressiya
Testosteron səviyyəsində olan azalma insanın ruh halına təsir göstərərək münasibətlərdə bəzi dəyişikliklər yaradır.
Aqressivlik, tez hirslənmə, ani reaksiyalar, zəif konsentrasiya və aşağı enerji kimi problemlər yaşadır. Bu elmi dildə "hipoqonadizm" sindromu adlanır.
Sperma istehsalında azalma
Erkən yaşda başlayan testosteron əskikliyi sperma istehsalına təsir göstərir və müxtəlif cinsi problemlərə yol açır.
2-ci tip şəkər xəstəliyi
Testosteron səviyyəsində azalma olan kişilərdə 2-ci tip şəkər xəstəliyi ola bilər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri