Harvard Universitetində edilən bir araşdırmaya görə 40-cı yaşlarında, hər gün orgazm olanların prostat xərçənginə tutulma riski daha azdır.
40 ilə 49 yaşlarındakı kişilər üzərində edilən araşdırmada; bir ayda 21 dəfə boşalanların prostat xərçənginə tutulma riski, ayda 4-7 dəfə boşalanlara nisbətlə yüzdə 22 daha azdır.
Araşdırma 32.000 sağlam insanı 18 il ərzində müşahidə etdi. Bu insanlardan 4.000'inde prostat xərçənginin irəliləməsi davam etdi.
Araşdırmanı icra edən Dr. Jennifer Rider'a görə məlumatlar diqqətlə yorumlanmalıdır çünki müşahidəyə söykənən üsul istifadə edildi.
Yalnız İngiltərədə hər il 41.000 nəfərə prostat xərçəngi diaqnozu qoyulur. 11.000'i bu xərçəng üzündən həyatını itirir.
Ötən il Montreal Universitetində edilən bir araşdırmaya görə isə həyatları boyunca 20-dən çox qadınla seks edən adamların, prostat xərçənginin ən aqressiv növünə tutulma nisbətləri yüzdə 19 daha az.