Qızlar seks həyatına neçə yaşda başlaya bilər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 27 635
Səs ver:
(səs: 7)
Azərbaycanda ailə həyatı qurmadan vətəndaş nikahı ilə yaşayan qızların sayı kifayət qədərdir. Bəziləri bunu valideynlərindən, qohumlarından gizlətsə də, bəziləri heç nədən çəkinmədən açıq-aşkar edir.

Bəs ümumiyyətlə, qız cinsi həyata neçə yaşında başlamalıdır? Hansı yaşdan sonra qız cinsi həyata psixoloji və  bioloji baxımdan hazır olur?

Psixoloq Aynur Əlibəyli deyir ki, qızların psixoloji baxımdan seksə hazır olma yaşı onun yaşadığı mühitdən, ailədən və çevrədən çox asılıdır. Ailədə və çevrəsində açıq münasibətlərə şahid olan qızlar cinsi həyata daha tez hazır olurlar: "Qızlar çox zaman 14 yaşından sonra özlərini cinsi həyata hazır hiss edirlər. Bu, uşaqlıq dövrünün ülvi hesab edilən sevgisindən irəli gəlir. İlk öpüşlər, həyəcan və ehtiras hissi bu dövrlərdə daha çox özünü büruzə verir. Təbii ki, bunu bütün qızlara şamil etmək düzgün deyil. Elə qızlar var ki, başını kitabdan qaldırmır və təhsilini düşünür. Yəni bu, ailə tərbiyəsindən çox asılıdır”.

Psixoloq qeyd edir ki, qız və oğlan uşaqları kiçik yaşlarından həyata hazırlanmalıdır. Buna görə də uşaqlarla açıq danışmaq, hər şeyi onlara başa salmaq lazımdır: "Ətrafda cinsi həyata şahid olan, lakin məlumatsız olan gənc bu təcrübəni yaşamağa cəhd edir. Ona görə də çox zaman ilk təcrübə uğursuzluqla nəticələnir. Məsələn, 14 yaşlı qız hansısa filmdə və ya saytda erotik-pornoqrafik filmə və ya kadra baxır və o hisslər haqqında düşünməyə başlayır. Təbii ki, bunu valideyni ilə paylaşmağa çəkinir. Fikrini yaşıdları ilə bölüşür və həmin təcrübəni yaşamağa çalışır. Elə bir dövrdə yaşayırıq ki, uşaqlara qadağa qoymaq mümkün deyil. Çünki uşağa nəyi "etmə” deyirsənsə, onu edir.  Uşaqların bu dövründə, yəni yetkinlik çağında sadəcə olaraq başa düşən valideyn rolunu oynamaq lazımdır. Paylaşmaq, bölüşmək, başa salmaq lazımdır. Ana qızına rəfiqə rolunu oynamalıdır. Bəzi valideynlər var ki, qız övladlarını təhqir edir, döyür, incidir. Bu isə qızları ailədən uzaqlaşmağa məcbur edir”.

A.Əlibəyli qızların cinsi həyata atılma dövrünün birbaşa anaya bağlı olduğunu söyləyir. Onun fikrincə, ana qızına o qədər yaxın olmalı, o qədər açıq danışmağa çalışmalıdır ki, qız yaşadığı hər şeyi anası ilə bölüşsün: "Təsəvvür edin evdə təhqir olunan, hər addımına  diqqət yetirilən, qorxu ilə yaşayan qız valideyninə nə danışa bilər ki? Ümumiyyətlə, qız övladı saxlamaq, böyütmək çox çətindir. Analar çalışmalıdır ki, övladlarına daha çox qayğı və nəvaziş göstərsinlər”
 
Psixoloqun sözlərinə görə, bəzi qızlar var ki, onlarda cinsi həyata hazırlıq daha gec baş verir. Bu da genetik olur.

Həkim ginekoloq Yayla Babayeva hesab edir ki, qızların sağlamlığı üçün cinsi həyata başlama yaşı 18-dən yuxarı olmalıdır: "Bu, qızların sağlamlığı və xəstəliklərə tutulmaması üçün çox önəmlidir. Amma təəssüf ki, bu yaş artıq çox aşağı enib, bəzi qızlarımız 14-15 yaşından sonra cinsi həyata atılırlar. Əslində bu yaşda onlar üçün cinsi həyatın heç bir dəyəri olmur. Yəni sadəcə təcrübə xatirinə bunu edirlər, heç bir həzz ala bilmirlər. 18 yaşından erkən cinsi həyata başlayan qızlar orqazm hissini uzun illər yaşaya bilmir və bundan əziyyət çəkir. Hər şeyin öz vaxtı olduğu kimi, qızların cinsi həyata atılma yaşı da 18-dir”.

Müsahibimiz bildirir ki, 18 yaşından əvvəl uşaqlıq yolu ağzı və vagina çox kövrək olduğundan cinsi əlaqə zamanı sürtülür və kobudlaşır: "Belə vəziyyətlərdə xərçəngin yaranma riski də yüksəlir. 14 yaşından cinsi həyata atılan qızları hepatit B daha tez yaxalayır. Onlar normal insanlardan 26 dəfə daha çox risk daşıyırlar. Çünki Hepatit B metaplazik hüceyrələri çox sevir. Bir həkim kimi qızlara məsləhət görərdim ki, 18 yaşından tez cinsi münasibətə başlamasınlar”.

Həkim bildirir ki, hepatit B virusunun 100-dən artıq növü vardır və 11 tipi genital bölgədə meydana çıxan ziyillərin məhsuludur. Genital bölgədə yaranan ziyillər isə erkən cinsi həyatın nəticəsidir.
 
Ginekoloq gec yaşlarda cinsi həyata başlamağın da qadın orqanizmi üçün təhlükəli olduğunu vurğulayır. Yəni qadın 30 yaşından sonra cinsi həyata başlasa vaginizm və digər bu tip xəstəliklərlə qarşılaşa bilər.
(səs: 7)
Şərhlər: 3
Baxılıb: 27 635
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri