Polikistoz yumurtalıqlar sindromu

Müəllif: NoName
Şərhlər: 8
Baxılıb: 1348
Paylaş:
Səs ver:
(səs: 0)
Polikistoz yumurtalıqlar sindromu zamanı hormonal tarazlığın pozulması nəticəsində qadında ovulyasiya prosesi baş vermir. Yumurta hüceyrələri lazımi ölçüyə qədər yetişdikdən sonra yumurtalığı tərk etməyərək, çoxsaylı kiçik kistalar şəklində, onun daxilində qalırlar. Xəstəliyin adı da buradan götürülmüşdür (poliçox, çox kistalar). Kistaların olması səbəbindən yumurtalığın qişası bərkimiş, onun ölçüləri isə xeyli artmış olur. Polikistoz xəstəliyi qadınların sonsuz olmasının ən çox təsadüf edilən əsas səbəblərindən biridir. Bundan başqa, polikistoz xəstəliyi müalicə olunmadığı hallarda, ağır uşaqlıq qanaxmalarına, piylənməyə, yumurtalığın (və ya ölçüsü böyük olduğu halda kistanın) dağılmasına və bəzi hallarda isə hətta onkoloji xəstəliklərə də (uşaqlığın xərçəngi, süd vəzisinin xərçəngi) səbəb ola bilər.

Polikistoz xəstəliyin əsas əlamətləri aşağıdakılardır:
aybaşı tsiklinin pozulması;
bəzi hallarda qanaxma;
bədəndə (sinədə, belin aşağı hissəsində) və üzdə kişi tipinə xas olan şəkildə tük örtüyünün artması;
sızanaqlı səpgilər, dəri və saçların yağlı olması;
50% xəstələrdə səbəbi olmadan çəkinin kəskin şəkildə artması;
USM zamanı yumurtalığın bütün ölçülərinin artması.

Polikistoz xəstəliyi əksər hallarda cinsi yetkinlik dövründə başlayır. Tibbdə bu xəstəliyin hansı səbəbdən inkişaf etməsi barədə hələ ki, dəqiq fikirlər yoxdur. Yalnız o məlumdur ki, hansısa səbəbdən orqanizmdə estrogen hormonlarla (qadın cinsi hormonları) androgen (kişi cinsi hormonları) hormonlar arasında nisbət tarazlığı pozulur (kişi cinsi hormonların hazırlanması artır, qadın cinsi hormonların hazırlanması isə əksinə olaraq azalır) ki, bu da polikistozun yaranmasına səbəb olur. Belə bir fikir də vardır ki, aktiv cinsi yetkinlik dövründə (10-12 yaş) qız uşaqlarının keçirmiş olduqları çoxsaylı kəskin respirator virus infeksiyaları, anginalar, streslər, irsiyyət, ilkin və erkən abortlar (uşaqsalmalar) və s. buna bənzər hallar bu xəstəliyin yaranmasına təkan verə bilərlər.

Müayinə olunduqdan sonra (USM, qanın hormonlara görə müayinəsi, sidikdə androgenlərin təyini) polikistoz diaqnozu təsdiq olunarsa, hormonal dərman preparatları ilə müalicə kursu təyin edilir. Təəssüflə qeyd etmək lazımdır ki, hazırki dövrdə qadınları polikistoz xəstəliyindən tamamilə xilas edə biləcək müalicə üsulları məlum deyil. Bu zaman qarşıya qoyulan əsas məqsəd qadını narahat edən əlamətlərin (aybaşı tsiklinin pozulması, tüklənmə və s.) aradan götürülməsidir. Polikistoz xəstəliyi zamanı xüsusi hormonal dərman preparatları da təyin edilir. Onlardan istifadə edilməsi nəticəsində aybaşı tsiklinin bərpa olunması, kişi cinsi hormonlarının səviyyəsinin azaldılması, qadının artmış olan tüklənmədən, dəridəki səpgilərdən və s. bu kimi əlamətlərdən də xilas olunması əldə olunur. Bu preparatları qadın mütləq olaraq menopauza dövrünə qədər qəbul etməlidir. Əks halda aybaşı tsikli yenə də pozulmuş olacaq.

Polikistozu olan qadın uşaq olmasını arzu etmiş olarsa, bu halda həkimlər ona ovulyasiyanı stimullaşdıran xüsusi hormonal müalicə kursu təyin edirlər.

Əwəllər belə hesab edirdilər ki, qız uşaqlarında polikistozun müalicəsi yalnız onlar ərə getdikdən sonra aparıla bilər. Hal-hazırda bu fikir səhv hesab edilir! Belə ki, orqanizmin hormonal fonu, praktiki olaraq, onun bütün həyat əhəmiyyətli funksiyalarının yerinə yetirilməsinə cavabdehlik daşıyır. Məhz buna görə, polikistozun, həmçinin hormonal sahənin bütün digər xəstəliklərinin müalicəsi mümkün qədər tez başlanmalıdır. Digər bir tərəfdən, uşaq olmasını istəməyən qadınlarda polikistozun müalicəsinin "vacib olmadığı” fikri də səhv hesab edilir. Çünki xəstəliyin müalicənin aparılmadığı təqdirdə, onlarda hansı ağır fəsadların ola biləcəyindən qadınlar çox zaman xəbərsiz olurlar.

loading...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1348
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Zeynebin nevesi
Qorxdum men.Mende menstruasiya vaxtlarim muxtelif olur.Duzdur,olsa bele mualicesi varmish(tam olmasa da),amma nese problemin olacagi qorxusu olur insanda.
İndi bizim beynimizde var ki,qiz ushagi nedir,ginekoloq nedir?Amma zeruridir ginekoloq.
Demeyim odur ki,evde desem,yoxlatdiraq,deyecekler,yaxshidi her shey,ginekoligda ne ishin var qiz ushagi?
Eslinde ise toyuma bir ay qalib,her cehetden yoxlanmaq lazimdir.
26 iyul 2015 20:40
8
Offline
vipbetul
Allah uzaq elesin insallah

Allah uzaq elesin insallah
26 iyul 2015 16:07
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ʚɞღ..Sultanım..ღʚɞ
Ehh basima gelib(( Allah hec kime gostermesin..
26 iyul 2015 15:55
6
Burax bütün insanlar səni tanısın,
amma heç kim səni tam olaraq tanımasın.
İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.
Offline
tatyana
Menim tanisimda vardi polikistoz,usagi olmurdu,mualice etdiler indi davamli olaraq usaq dunyaya getirir))
26 iyul 2015 09:26
5
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
BARBI
Polikistoz mualice olunmadigi teqdirde sonsuzluqla neticelene biler
26 iyul 2015 07:53
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Dosta_inam
Allaha sukur ki, bele problemlerim yoxdur, ancaq bir sey diqqetimi cekdi, nece yeni usaq olmuyacaqsa mualice vacib deyil, bes insanin saglamli, insan birinci saglamliginin qeydine qalmalidir, usaq istese de istemesede. tesekkur.
26 iyul 2015 07:20
3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
WiRiN BaLaM
Allah qorusun belə xəstəliklərdən.
26 iyul 2015 02:27
2
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
Gul_Konul
Wukur qaydasindadi her wey..Olanlara wefalar dileyirem
26 iyul 2015 02:03
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv