Qadın yaxınlıq istəmirsə... – MÜTƏXƏSSİSLƏR DANIŞIR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 770
Səs ver:
(səs: 0)
32 yaşım var. 7 ildir ailəliyəm. Bir qızım var... Əvvəllər özüm də bunu anlamırdım. Amma zaman keçdikcə hiss etdim ki, mən digər qadınlardan fərqliyəm. Məndə orqazm baş vermir və heç bir cinsi həvəsim yoxdur. Yoldaşımı sevərək ailə qurduğum üçün yaxınlığa imkan yaradıram. İstəmirəm həyatına başqa qadın girsin, amma bilirəm ki, mənimlə normal seks yaşamır. Mən sadəcə orqazmı təqlid edirəm ki, həzz aldığımı düşünsün”.

Bunu Bakı sakini Nigar Abbasova danışır. Deyir ki, ərindən gizli bir neçə dəfə müalicə alsa da, heç bir faydası olmayıb. Bundan sonra necə davranacağını özü də bilmir: "Nə vaxta qədər artistlik edəcəm? Özüm də əzab çəkirəm axı”.

Frigid termini ilk dəfə 1950-ci illərdə, cinsi istəyi olmayan qadınlar üçün istifadə edilməyə başladı. Mütəxəssislərə görə, frigid termini cinsi istəyi olmayan qadınlar üçün çox ağır sözüdür. Yəni real həyatda cinsi hissləri heç olmayan qadın yoxdur. Yalnız bəzi ruhi xəstəliklər nəticəsində qadın cinsi hisslərdən tamamilə məhrum ola bilər.

Ginekoloq Xoşqədəm İbrahimovanın sözlərinə görə, müəyyən səbəblərdən dolayı qadında cinsi istəksizlik yarana bilər. Belə qadınlar onlara toxunulmaqdan xoşlanmaz və heç bir hiss keçirməzlər. Onların çoxu cinsi əlaqəyə nifrət edər: "Cinsi əlaqəyə nifrət edən qadın bundan həzz ala bilməz. Bu soyuqluq halı depressiyaya da səbəb olur. Ancaq yeni ərə gedib cinsi əlaqədən qorxan qızı frigid adlandırmaq olmaz. Frigidlik - heteroseksual qadının hər hansı bir səbəbdən cinsi əlaqədən zövq ala bilməməsi halıdır. Burada qadının yaşı, işi, yaşam tərzi də böyük rol oynayır”.

Həkim bildirir ki, cinsi istəksizlik və ya cinsi arzuların azalması menstruasiya dövrü, əmizdirmə, hamiləlik, klimaks kimi vəziyyətlərdə dəyişir. Qadınların cinsi əlaqəyə həvəsi testosteron hormonunun səviyyəsi ilə də əlaqəli ola bilər. Cinsi istəksizlik vaginal quruluq və orqazm ola bilməmə problemi yaradır: "Çox zaman qadınlarda cinsi iyrənmə hissi olur ki, bu da cinsi həvəsi öldürür. Bu, ən böyük problemdir. Cinsi iyrənmə kişilərdə də müşahidə edilə bilər. Cinsi iyrənmə varsa, qadında heç bir hiss oyana bilməz. Bu zaman təbii ki, orqazmdan da söhbət gedə bilməz”.

Ginekoloq deyir ki, qadınlar bu problemi çox zaman deməyə utanır, öz çatışmazlıqları kimi görür və təqlidə üstünlük verirlər. Bu da nəticə etibarilə kişilərin ailədən soyuması və boşanma ilə nəticələnir. Frigidlik hər hansı bir xəstəliyin fəsadı ola bilər. Odur ki, özünün cinsi hisslərinin olmadığını bilən, orqazm yaşaya bilməyən qadın həkimə müraciət etməlidir.

Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, frigid qadın yoxdur, cinsi fantaziyaları olmayan qadın var: "Bəzi qadınlar var ki, məsələn, həyat yoldaşına qarşı cinsi istək olmur, ayrılır, ikinci dəfə həyatına kimsə daxil olanda hissiyyatlı olduğunu anlayır. Bədəninə necə toxunulmasını bilməyən, necə orqazma çatacağını, bunu qarşısındakı insana öyrədə bilməyən qadın var. Bəzi cütlüklər var ki, önsevişmə olmadan cinsi əlaqəyə girirlər. Bu da qadının erotik sisteminə təsir edir. Heç bir hissi olmadan cinsi əlaqəyə girmək qadını cinsi əlaqədən soyuda bilər”.

Psixoloq bildirir ki, qadınların cinsi istəksizliyinə bir çox amillər səbəb ola bilər. Hamilə qalmaq qorxusu, çılpaq olmaqdan utanmaq, kişinin müvəffəqiyyətsiz olmasından qorxma, xəstəliyə yoluxma qorxusu, ağrı yaşama qorxusu, cinsi birləşmədən qorxmaq, bədən kompleksləri, kişinin hörmətini itirəcəyindən qorxmaq, günahkarlıq duyğusu, orqazm ola blməyəcəyindən narahatlıq və s. amillər cinsi istəksizliyə - frigidliyə səbəb olur: "Qadının ehtiraslı ola bilməsi onun kişiyə qarşı duyduğu hisslərin nəticəsidir. Ehtiras və şəhvət seks əsnasında son on dəqiqədə yaranan hiss deyil. Həftələr boyunca, aylarla kişinin qadında yaratdığı hisslərdir. Əgər bir qadın yataqda kişisinə qarşı soyuqdursa, bu, yataqdan kənarda onunla olan davranışların nəticəsidir. Bir qadının cinsi əlaqəyə girə bilməsi və bundan zövq ala bilməsi üçün sevilməyə və bu sevgini hiss etməyə ehtiyacı var. Cinsi istəksizliyi olan qadınların çoxu həyat yoldaşlarının onları sevmədiyini düşünən qadınlardır”.

Qadının sizdən soyuduğunu düşünürsünüzsə, ilk öncə günahı özünüzdə axtarmalısınız. Görünür, yataqdan kənarda siz qadına sevildiyini hiss etdirə bilmirsiniz. Buna görə də nizamlı olaraq onun xarici görünüşü, xarakteri, saç düzümü haqqında komplimentlər deyin. Sizin üçün etdiyi hər şeyin fərqinə varmağa çalışıb, təşəkkürünüzü bildirməkdən çəkinməyin. Ona sadiq olduğunuzu hiss etdirin. Uşaqların qarşısında onu tənqid etməyin. Onu əzən zarafatlar etməkdən çəkinin. Bəlkə həmin an sizin zarafatınıza o, gülə bilər, amma o zarafat onu zədələyə də bilər. Həyat yoldaşınız əsəbi və ya qəmgin olanda onunla söhbət edib, düşüncəsini, fikrini öyrənməyə, eləcə də fikirlərinə hörmət etməyə çalışın.

Frigidliyi müalicə etmək üçün əvvəlcə həkim ginekoloqa, sonra isə psixoloqa və ya psixiatra müraciət etmək lazımdır. Əgər səbəb cinsi xəstəliklər deyilsə, deməli, bu problemin arxasında psixoloji amillər durur.

Psixoloqun da dediyi kimi, sevən, sevilən və sevildiyini hiss edən qadın heç bir zaman cinsi istəksizlik yaşaya bilməz. Əgər qadında cinsi istəksizlik varsa, bu, sevgisizlikdən irəli gəlir. Sevən qadın həyat yoldaşını, tərəf müqabilini xoşbəxt etmək üçün hər şeyə hazır olur. Odur ki, "mən frigidəm”, - deyib cinsi münasibətdən boyun qaçırmaqdansa, həkimlərə getməkdənsə, qarşınızdakı insanın müsbət tərəflərini sevməyə çalışın. Heç bir həkim, heç bir dərman sizi sevmədiyiniz insanla cinsi əlaqəyə məcbur edə bilməz.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 770
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri