Qadınlarda cinsi istək əvvəl beyində başlayır. Bəzi sinir yolları
vasitəsilə onurğa iliyidən keçərək cinsi orqanlara çatır. Bunun nəticəsi
olaraq təhrik olan qadınların bədənində bəzi dəyişikliklər meydana
gəlir. Fərq edilən ilk dəyişmə, vaginadaki islanma və klitordakı
qabarmadı. Həmçinin, cinsi fəaliyyət davam etdiyində vaginanın uzanması
və genişləməsi, cinsi bölgədəki sinirlərin xəbərdar edilməsi, vaginal
toxumanın qalınlaşması, klitorun qanla dolması və böyüməsi də müşayət
olunur.
Daha sonra məmə ucları sərtləşir, məmələr böyüyür, iç dodaqlar və klitor
bir az da şişir və rəngi dəyişir, xarici dodaqlar yanlara çəkilərək
əlaqəni asanlaşdırır. Boşalmağa yaxın sıxılma və tərləmələr başlayır,
gözlər parlaqlaşır, sinə daha da həssas olur, cinsi orqanların xarici və
iç bölgələrindəki qan təzyiqi artır, dəri qızarır, ürək döyüntüləri
sürətlənir və nəfəsalma sürətlənir. Boşalana yaxın əzələlər gərilir,
bədəndə həssaslıq artır. Buna baxmayaraq, qadınlar boşalmaq üçün son bir
sıçrayışa ehtiyac duyur və bunun üçün istəkli olaraq əzələlərini
sıxırlar.
Boşalma anında, başda vaginada və rəhmdə olmaqla bədənlərində sanki bir
"silkələnmə" kimi ritmik sıxılmalar olur. Buna qadınlarda boşalmağa
"gəlmə" adı verilir. Bu "gəlmə" hərəkəti kişilərdəki boşalmaya bənzəsə
də kişilərdəki kimi gözlə görünən bir sperma çıxışı olmur. Zövqlü bir
boşalma yaşanarkən, qadınlar qeyri-iradi səslər çıxarır və üzlərindəki
ifadələr dəyişir. Nəticə olaraq, fiziki və ruhi bir doyum yaşadıqları
üçün hər cür gərginlik və stressdən təmizlənirlər.
Cinsi problemlərin çoxu cütlərin uyğunlaşmazlığından və sağlam ünsiyyət
qura bilməmələrindən qaynaqlanır. Qadınlar cinsi əlaqəyə qarşı
maraqsızlarsa, sevişməkdən qaçına bilər ya da kifayət qədər xəbərdar
edilmədikləri üçün cinsi əlaqədə acı- ağrı duya bilərlər.
Kişilərin "elektrik lampaları" kimi dərhal yandıqları və seks etməyə
hazır hala gəldikləri, qadınların isə "ütü" kimi yavaş yavaş
istiləndikləri və gec xəbərdar edildikləri deyilir.
Bu ümumiləşdirmə çox vaxt doğrudur. Bir başqa ümumiləşdirmə isə
qadınların cinsi istəkləri üçün deyilir: "Qadınların cinsi istəkləri
dalğalara bənzər..."
Qadınlar sevildiklərini və qiymətli olduqlarını bir kişinin gözlərində,
sözlərində və davranışlarında gördüklərində və ya hiss etdiklərində, həm
özlərinə verdikləri dəyər, həm də, cinsi istəkləri eynilə dalğalar kimi
əvvəl yüksələr daha sonra yavaşca alçalar və azalar…
Qadınların dalğaları yüksələrkən verəcəkləri bolluca sevgiləri, erotizmləri və cinsi istəkləri vardır.
Ancaq düşərkən öz içlərindəki dərin boşluğu hiss edər və bu səbəbdən,
şərtsiz bir sevgiylə doldurulmasını istər, olduqları kimi qəbul edilməyi
gözləyərlər. Çünki qadınlar, özlərini dinləyən və anlayan, sahiblənmə
duyğusu olan, toxunaraq və baxaraq sevgilərini ifadə edən anlayışlı
kişilər istəyərlər.
Qadınların yaxın əlaqələrində sevgi vermə və alma qabiliyyətləri,
ümumiyyətlə özlərini necə gördüklərinin əksidir. Özlərini yaxşı
görmədikləri və ya bəyənmədikləri zamanlar, partnyorlarına qarşı da
cinsi istək duya bilməz, xoşgörüşlü və müsbət ola bilməzlər. Kişilərin
bu dövrlərdə qadınların romantik ehtiyac duymalarını anlamaları və seks
etmək üçün onları məcbur etməmələri çox əhəmiyyətlidir. Çünki cinsi
istəksizliyin həllində qadınların öz bədənlərini tanımaları və cinsi
fantaziyalar qurmaları qədər partnyorları ilə də sağlam bir ünsiyyətdə
olmaları və əlaqələrini eşqbazlıq havasına gətirmələri böyük əhəmiyyət
daşıyar. Özünü sevməyən bir qadının cinsi əlaqədən zövq alması və ya
cinsi olaraq istəkli olması mümkün deyil.
Cinsi istəksizliyi olan qadınların əvvəlcə öz bədənlərini və cinsi
orqanlarını tanımalarına istiqamətlənən eşq oyunlarıyla cinsəlliklərini
yenidən kəşf etmələri lazımdır. Cüt olaraq, erotik masaj ilə
duyğulanımlarını artırdıqdan sonra, nələrdən xoşlandıqlarını və ya
xoşlanmadıqlarını paylaşaraq cinsi həyatlarında keyfiyyət təmin edə
bilərlər. Qadınların həftədə ən az üç dəfə cinsi əlaqə haqqında
düşünmələri, erotik kitablar oxuyaraq, erotik filmlər izləyərək və
erotik fantaziyalar quraraq cinsiliyə olan maraqlarını artırmaları,
partnyorları ilə yaşadıqları unudulmaz və gözəl təcrübələri
xatırlamaları onlarda cinsi əlaqə arzusunu oyandıra bilir.
Nəticə olaraq, qadınlar cinsəlliklərini, eşq həyatını təxirə salmamalı,
bu anı haqqıyla yaşamalı, hüzur və dincliyi öz içlərində, ürəklərində
tapmalıdırlar. Bir yerlərdə tıxanıb qaldıqlarında və cinsi istəksizlik
yaşadıqlarında, üzlərini təbiətə döndərməli, sevərək çıxmalı, ürəklərini
fərəhləndirəcək yeni yollar seçməli, yeni cinsi texnikalarla tanış
olmalı və yeni kəşflər etməlilərdir. Həmişə xəyalini qurub "Zamanı
gəlincə edərəm!" deyə təxirə saldıqları nə varsa, reallaşdırmağı
bacarmalıdırlar. Çünki əlaqədə yeni şeylər etmək və bunu istəyərək və
sevərək etmək ruha şəfa verər…