Peşəkar ginekoloqunuzla birgə addımlayın! - Dr. İlahə Quliyeva

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 32 508
Səs ver:
(səs: 10)

Əziz istifadəçilər!  Qadınsal problemləriniz, hamiləliklə bağlı suallarınız,doğumdan sonra roblemləriniz varsa heç bir tərəddüt eləmədən ölkəmizin savadlı həkimlərindən olan Dr.İlahə xanımdan istənilən zaman telefon  vasitəsi ilə əlaqə saxlaya  və yaxud suallarınızı online şəkildə buradan birbaşa olaraq həkimizin özünə verə bilərsiniz.

 

Fransa və Azərbaycanda 11 illik iş təcrübəsi olan Cərrah Mama Ginekoloq. Kəsiksiz , tam estetik olaraq ginekoloji əməliyyatların aparılması. Təhlükəsiz doğuş və Keysəriyyə əməliyyatları.

Cərrah Mama-Ginekoloq Dr.Quliyeva İlahə 1999-cu ildə 5 saylı kimya-biologiya təmayüllü Respublika baza liseyini Fərqlənmə attestatı ilə bitirərək yüksək balla (642 bal) Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur. 1999-2005 illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini Fərqlənmə Diplomu ilə bitirərək 2005-2006 cı ildə A.T. Abbasov adına Şəhər Onkoloji Dispanserin OnkoGinekologiya şöbəsində internatura keçmişdir. 2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Claude Bernard Lyon 1 Universitetinin tibb fakültəsində və Qadın Ana Uşaq Mərkəzi Universitet Baza Xəstəxanasının Mama Ginekologiya şöbəsində Mama Ginekologiya sahəsi üzrə Rezidentura proqramını keçmiş və Fransa Mama Ginekoloq Mütəxəssisliyini qazanmışdir. Təhsil aldığı illər ərzində Fransa Dövlət Təqaüdünəvə sonrakı illərdə Azərbaycan Dövlət Təqaüdünə layiq görülmüşdür. Bu illərdə aşağıdakı ixtisas artırma diplomlarını və sertifikatları əldə etmişdir:
2006-2007 Vaginal Cərrahiyyə Diplomu, Claude Bernard Lyon 1 Universiteti, Lyon , Fransa
2007-2008 Laparoskopik Anatomiya və Disseksiya Diplomu Montpellier 1 Universiteti, Montpellier, Fransa
2008-2009 Sonsuzluq üzrə Master 1, Claude Bernard Lyon 1 Universiteti, Lyon, Fransa
2009-2010 Avropa Beynəlxalq Endoskopik Ginekoloji Cərrahiyyə Diplomu, Clermont Ferrand, Fransa


Sertifikatlar:
2008 Orqan sallanması və qeyri iradi sidik qaçırmanın AMS (American Medical System) protezlərlə cərrahi müalicəsi, Lyon, Fransa
2010 Laparoskopik Ginekoloji əməliyyat texnikaları İRCAD Strasbourg, Fransa
2010 DALF C2 (fransız dili üzrə ən yüksək səviyyə), Lyon, Fransa


2010-cu ildən etibarən Azərbaycanda Cərrah Mama-Ginekoloq kimi fəaliyyət göstərir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama Ginekologiya kafedrasında leksiyalar deyir. Fransa Milli Mama Ginekoloqlar Cəmiyyətinin və Avropa Endoskopik Ginekoloji Cəmiyyətin üzvüdür. İndiyədək çoxsaylı konqreslərdə iştirak etmişdir və edir.


Telefon: 050 365 80 90 (Zəng eləməkdən çəkinməyin)


Peşəkar ginekoloqunuzla birgə addımlayın! - Dr. İlahə Quliyeva

 

 

 

 

 

 

 

(səs: 10)
Şərhlər: 7
Baxılıb: 32 508
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri