Qadın sonsuzluğu: Yumurtalıqların polikistik sindromu

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1821
Paylaş:
Səs ver:
(səs: 2)
Qadın sonsuzluğunun səbəblərindən: Yumurtalıqların polikistik sindromu
Qadın sonsuzluğunun əsas səbəblərindən biri yumurtalıqların polikistik sindromudur. Yumurtalıqların polikistik sindromu qadın sonsuzluğunun 50 %-ini təşkil edir. Laborator analizlərdə hormonal simptomlarla özünü biruzə verir: akne ( yəni üzdə və kürəkdə, qolda səpkilər), tüklənmə, aybaşı pozğunluğu, saç tökülməsi, piylənmə və çəkinin proqressivləşən artımı

Yumurtalıqların polikistik sindromu funksional kistalar ilə qarışıq salmaq olmaz,bunlar fərqli xəstəliklərdir!
Funksional kistalar tərkibi mayeli möhtəviyyatla dolu kiçik bir torbaya uyğundur. Bu tipli kistalar xoşxassəlidirlər və heç bir müalicə aparılmadan geriyə sorulur, yox olurlar. Amma yumurtalıqların polikistik sindromu xroniki xəstəlik olub hormonal balansın pozulması ilə müşaiyyət olunur. Bu çox rast gəlinən bir xəstəlikdir və sonsuzluğun 50 %-i bu xəstəliklə izah edilir.Bu sindrom sonsuzluq, aybaşı pozğunluğu,saç tökülməsi, akne( üzdə səpkilərin olması), tüklənmə ilə təzahür edir.

Yumurtalıqların polikistik sindromu diaqnozu nə zaman qoyulur?
-Androgenlərin ( kişi cinsi hormonların) səviyyəsi qanda yüksələndə və kliniki əlamətlərin olması (sonsuzluq,saç tökülməsi, akne, tüklənmə )
-Aybaşı gecikmələri( aybaşı siklinin 1 ildə 8-dən az olması)və ya heç olmaması
-Ultrasəs müayinəsində polikistik yumurtalıqlar: ən azı 1 yumurtalıqda sayı 12-dən çox və ölçüsü 2mm-dən 9mm-dək kistaların olması

(Rotterdam Konsensusu,2003)

Yumurtalıqların polikistik sindromu kardiovaskulyar risklə müşahidə olunur!
Yumurtalıqların polikistik sindromu zamanı əksər hallarda insulinə rezistentlik müşahidə olunur ki, bu da öz növbəsində piylənmə, arterial hipertenziya, diabet və ürək-damar xəstəliklərinin bu sindromla yanaşı yaranmasını izah edir. Qeyd etməliyəm ki,piylənmə insulinə rezistentliyin səbəbi deyil, onun nəticəsidir.

Yumurtalıqların polikistik sindromunun müalicəsi necədir?
Piylənmə olan hallarda ilk növbədə insulinə rezistentliyi azaldan dietik qidalanma və fiziki aktivlik xəstələrə tövsiyyə olunmalıdır.

Tüklənmə, akne( üzdə səpkilərin olması), aybaşı pozğunluğu olduqda yumurtalıqları blokada edən preparatlar təyin olunmalıdır( estroprogestativ kontraseptivlər və siproteron turşusu).

Sonsuzluq varsa və hamiləlik arzulanırsa, müalicə xəstələrdə müxtəlif üsullarla aparıla bilər. Xəstənin yaşından, aybaşı siklinin tezliyindən, yumurtalıqların vəziyyətindən və s.-dən asılı olaraq müalicə taktikası dərmanlarla yumurtalıqların stimulyasiyasından Laparoskopik cərrahi müdaxiləyə kimi dəyişə bilər.

Fransa Cərrah Mama Ginekoloq Mütəxəssisi Dr. İlahə Quliyeva

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

Tel: 050 365 80 90

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1821
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv