İntim plastika - Cərrah Mama-Ginekoloq Naibə Həsənova ilə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 17 214
Səs ver:
(səs: 3)
1) Vaginoplastika
    Əsas göstərişlər- təbii doğuşdan sonra uşaqlıq yolu divarlarının  gərilməsi,  hətta cırılması,doğum zamanı hormonal fonun qeyri-sabitliyindən əmələ gələn aralığın və vaginanın zədələnməsi. 
Vaginoplastika əməliyyatının növləri: a)ön kolporrafiya-uşaqlıq yolunun ön divarının sallanması zamanı aparılan plastik əməliyyat
b)arxa kolporrafiya-uşaqlıq yolunun arxa divarının plastikası
c)orta kolporrafiya-Neygebauer üsulu ilə plastika.
d)uşaqlıq yolu girəcəyi və dəhlizinin darlaşdırılması

2) Levatoroplastika
Əsas göstərişlər: çanaq dibi əzələlərinin yetərsizliyi, kövşəməsi, zəifliyi, uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlığın sallanması,aralıqda defekasiya aktı vaxtı diskomfort hissi
Əzələ zəifliyinə səbəb: 
- artıq bədən çəkisi, piylənmə
- xüsusi fiziki ağırlıq tələb edən idman növləri ilə məşğul olmaq 
- tez-tez təkrarlanan qəbzlik halları 
-birləşdirici toxumanın displaziyası 
-rectoceli –düz bagirsagın ön divarının selikli qisasının sallanması 

Aralığa qoyulan tikişlər əməliyyatdan sonrakı 5-ci günü sökülür. 2 həftə  cinsi həyat olmaz. Hamiləliyi 1 ildən tez planlamaq olmaz. 

3)Uşaqlıq yolunun aplaziyası - bu qusur anadangəlmə olaraq uşaqlıq yolunun,uşaqlığın olmaması ,inkişaf etməməsiilə özünü göstərir,lakin buna baxmayaraq yumurtalıqları  normal inkişaf etdiyi üçün və fəaliyyət göstərdiklri üçün bu cür anomaliyası olan qız uşaqları öz yaşlarına görə inkişaf edir, vaxtında süd vəziləri inkişaf etməsi, cinsi üzvlərin tüklənməsi başlayır.Ancaq normal aybaşı görmələri,cinsi həyat sürmələrivə  övlad sahib olması qeyri-mümkündür.Bu, bir çox kompleks və narahatçılığa səbəb yaradır.Əməliyyatdan sonra süni yaradılan süni uşaqlıq yolu normal uşaqlıq yolundan heç nə ilə seçilimir və cinsi yaşayış zamanı qarşı cinsin nümayəndəsi diskomfort yaşamır və hətta şübhələnmirlər.
Çanaq dibi əzələləri zəiflədikdə-uşaqlıgın və sidik kisəsinin sallanması ,siyimə və defekasiya aktının pozulması,cinsiyyət yarıgının əsnək qalması ilə daimi iltihablaşmaya gətirib çıxarması,sıxılma ,seksual disfunksiyaların əmələ gəlməsi kimi fəsadlar olur.
Levatoroplastika – çanaq dibi əzələlərin möhkəmləndirilməsi (anusun yıgan dairəvi əzələrinin, uşaqlıq yolunun həlqəvi əzələlərinin ) üçün aparılır,bu əzələlərin əks funksiyası kicik canaq orqanlarını sabit vəziyyətdə  saxlamaqdır.

4) Labioplastika – böyük və kiçik cinsiyyət dodaqlarının  kiçildilməsi, böyüdülməsi ilə formalarının estetik görkəm alması əməliyyatıdır.
Labioplastika - 40 dəqiqədən çox çəkmir,pasient  ele həmin gün də evə yazılır.
Böyük  cinsiyyət dodaqlarının plastikası-əsas göstəriş:dodaqların hipertrofiyası ,çox qırışıq olması .
Böyük cinsiyyət dodaqlarını böyütmək üçün pasientin öz  piy toxuması və ya biopolimerdən dolğu kimi istifadə olunur,kiçiltmək ücün miniliposaksiya tipində əməliyyat həyata keçirilir,travması, deformasiyası zamanı isə artıq toxuma kəsilib götürülür. 
Böyük cinsiyyət dodaqları çox vacib rol oynayır –onlar qenital cinsiyyət bölgədə temperaturu requlə edir,həmcinin cinsiyyət dodaqlarının və kicik canağın daxili orqanlarını (uşaqlıq boynu ,uşaqlığı )infeksiyanın keçməsindən qoruyur .Ona göre təkcə pasientin istəyinə görə əməliyyat edib böyütmə və kiciltmə edilməməlidir.Mütləq göstəriş və əks-göstərişlərin olmasınəzərə alınmalıdır.
Kicik cinsiyyət dodaqlarının plastikası,kiciltmək ücün artıq toxuma kəsilir,böyütmək biopolimerdən istifadə edilir.
Cinsiyyət dodaqlarının vəziyyətini  dəyişən amillər: 
-Yaşla bağlı  dəyişikliyi,
-Doğuşdan sonra
-bədən cəkisinin kəskin düşməsi
- cinsiyyət dodaqlarının anadangəlmə assimetriyası cinsiyyət dodaqlarının sallanması,qırışması.

5)G - -Gi erogen nöqtənin intim korreksiyası- vaqinal orqazma  daha tez çatmaga imkan yaradir . G –ci nöqtəsinin hiailuron turşusu ilə böyüdülməsi 
G – Sport, Qraferberq nöqtəsidə adlanan  bu nöqtənin stimulə edilməsi,qadinda  güclü orqazm hissini yaradır. Klitordan sonra ən aktiv erogen zona sayılır.Bu nöqtə təxminən uşaqlıq yolu dəhlizindən  4-6 sm dərinlikdə, uşaqlıq yolunun ön divarının orta 1/3 –də olan sahədir, dənəvər quruluşludur,beləki erektil toxumadan əmələ gəlir. Orqazm zamanı Gi nöqtəsi şişir və ölçüsü böyüyür, bəzən 3sm-ə qədər olur. Buna baxmayaraq bəzən bu nöqtəni tapmaq mümkün olmur və bu halda qadında anorqazmiya əmələ gəlir.Məhz bele hallarda Gi nöqtəsini yerli keyitmə ilə hialuron  tərkibli gelle böyüdülub doldurulur, həmçinin bu yolla uşaqlıq yolunun dəhlizi daralır.
Bu cür prosedur reaktiv sidik kisəsi problemində də effektivdir. artiq qeyri iradi siymə aktında  olan pozulmalar  üçün   xüsüsən məsləhət bilirik,həmçinin uşaqlıq əyriliyi anomaliyası olan xəstələrə məsləhət görülür.
G - nöqtəsini böyütməklə qadında cinsi həssaslıgı artırmaq olur.Bununla da seksual disfunksiya aradan götürülür,çanaq dibi əzələlərin tonusu artir.

6) Himenoplastika- qızlıq pərdəsinin bərpası.Bu əməliyyat pasientin istəyi ilə həyata keçirilir. Tibbi göstərişi yoxdur .Qadın yeni cinsi  partnyorunun qarşısında əvvəllər  cinsi təcrübəsinin olmasını bilməsini istəmədiyindən və ya dini-etik səbəblərdən, öz raziligi ilə aparılır.İlk deflorasiyada  (qızlıq pərdəsinin yirtılması)bakirəliyin itirilməs,zorakılıq,travma,nəticəsində pozulmuşsa müraciət edilir.Qisamuddətli himenoplastika- pərdənin qalıqları təmizlənir ,yırtilmış kənarları sorulan sapla tikilib bərpa olunur.
Uzun müddətli himenoplastika- uşaqlıq yolu və ya yanağın daxili səthindən  daxili səthindən qötürülən selikli qişa loskutu parcası ilə bərpa oluur .Əməliyyat pasientin raziligi ilə,tam məxfiliyi saxlanılmaqla həyata kecirilir.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 17 214
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri